Dekabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə təbrik nitqi ilə çıxış edən Cəmiyyətin sədri Samir İmanov bu günün məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyərək dünyanın müxtəlif ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlıların milli birliyinin və həmrəyliyinin gücləndirilməsində, onların azərbaycançılıq ideologiyası ərtafında birləşdirilməsində, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.
S.İmanov əlavə edib ki, məhz ulu öndərin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" sözlərindən sonra dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar özlərinin milli mənsubiyyətlərini ilə daha da iftixar və qürur hissləri ilə bəyan etməyə başlayıblar. Turkiyə diasporunun nümayəndəsi Haldun Zirkli də öz çıxışında bu bayramın əhəmiyyətini qeyd edib və ulu öndər Heydər Əliyevin Azərbaycanın Türk dünyası ilə əlaqələrinin daha da möhkəmləndirilməsindəki əməyini vurğulayaraq onun "Bir millət iki dövlət" kəlamını qürurla xatırladıb. Tədbirdə türk diasporunun təmsilçiləri ilə yanaşı İraq türkmənləri, yerli və başqa ərəb xalqlarının nümayəndələri, digər qonaqlar iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi "Biz 50 milyonluq xalqıq" sənədli filmi qonaqlara nümayiş etdirilib.
Qeyd edək ki, Dubayda çıxan "Al-Bayan" qəzetində "Azərbaycan" Cəmiyyətinin sədri S.İmanovun Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş müsahibəsi dərc olunub. "AZƏRBAYCANLILAR HƏMRƏYLİK GÜNÜNÜ BAYRAM EDIR" başlıqlı müsahibədə bildirilir ki, BƏƏ-də yaşayan azərbaycanlılar hər il bu bayramı böyük sevinclə qeyd edirlər. S.İmanov Həmrəylik Bayramının tarixi, mahiyyəti barədə oxuculara geniş məlumat verib. Bu bayramın təsis edilməsi mənəvi zərurətdən irəli gəlib və 19 ildir ki, dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız dekabrın 31-ni milli birlik və həmrəyliyin təntənəsi olaraq bayram edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB