“Mən Londonda nə tapmaq istərdim” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Mən Londonda nə tapmaq istərdim” müsabiqəsinin qalibləri mükafatlandırılıb

British Midland International (BMİ) və "İRƏLİ" İctimai Birliyi bu gün "Mən Londonda nə tapmaq istərdim" videomüsabiqəsinin qaliblərini mükafatlandırıblar.

RED Communications PR və BTL agentliyindən SİA-ya daxil olan məlumata görə, birinci yeri öz yaradıcı işinə görə Elvin Abdullayev qazanıb. Elmin Seyidli və Elvin Aşirov isə ikinci və üçüncü yerləri tutublar. Birinci yerin qalibinə Londona bilet və BMİ şirkətindən hədiyyələr təqdim edilib. İkinci yerin qalibinə Londona bilet, üçüncü yerin sahibinə isə BMİ şirkətindən hədiyyələr təqdim edilib.

"Bu mənim üçün böyük hədiyyədir. Mən öz sevincimi ifadə edə bilmirəm. Mən bu layihəni təşkil edən hər bir kəsə öz minnətdarlığımı bildirmək istərdim. Bu gözəl layihə mənim üçün əlçatmaz görünən arzumu həyata keçirmək imkan verdi"- deyə Elvin Abdullayev qeyd edib.

Qeyd edək ki, müsabiqəyə dekabrın 6-da start verilib. Müsabiqəyə qatılmaq üçün iştirakçılar Böyük Britaniya paytaxtında görmək istədikləri haqda qısa video (5 dəqiqədən çox olmamaq şərtilə) hazırlamalı idilər. Bütün videolar YouTube saytına yüklənib və "İRƏLİ" İctimai Birliyinin Facebook səhifəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə