Rusiya Ukrayana qarşı sanksiyalarını genişləndirir

Rusiya Ukrayana qarşı sanksiyalarını genişləndirir

Rusiyanın baş naziri Dmitriy Medvedev xüsusi məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu Ukraynalı fiziki və hüquqi şəxslərin siyahısını genişləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Baş nazir öz "twitter" səhifəsində yazıb: "Mən müvafiq sərəncamı imzaladım. Bu, Rusiya dövlətinin, şirkətlərinin və Rusiya vətəndaşlarının maraqlarını qorumaq üçün edilir "

Qeyd edək ki, cari ilin noyabrın 1-də Rusiya Ukraynanın sanksiyalarına cavab verib və 322 nəfərə qarşı məhdudiyyət qoyub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə