Jalə Əliyeva: “2010-cu ili çox gözəl hadisələrin işığında yola salırıq" - MÜNASİBƏT
"2010-cu ili çox gözəl hadisələrin işığında yola salırıq. Cari il Azərbaycan və ölkə iqtisadiyyatının inkişafı çox əhəmiyyətli olan layihələr həyata keçirilib". Bu sözləri millət vəkili Jalə Əliyeva SİA-ya açıqlamasında deyib. O bildirib ki, bu ilin ən mühüm hadisələri məhz bayram ərəfəsinə təsadüf edib. Onun sözlərinə görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi yeni bir həyatın başlanğıcıdır.
Azərbaycanın durmadan inkişaf etdiyini və bir il ərzində ölkəmizdə möhtəşəm layihələrin həyata keçirlidiyini dilə gətirən millət vəkili söyləyib ki, Azərbaycan yeni ilə bütün dünyada bir daha öz sözünü demiş, nüfuzlu bir ölkə kimi gedir: "Bunlar təbii ki, beynəlxalq institutların Azərbaycanda gedən inkişafa verdikləri qiymətdir. Bundan əlavə, iki ay əvvəl Azərbaycanda parlament seçkiləri keçirildi. Bu seçkilərin özü də ölkədə gedən demokratik inkişafın irəliliyə doğru addımının bariz nümunəsi idi. Ümumiyyətlə, ölkənin istər paytaxtında, istərsə də regionlarda gedən quruculuq işləri baş ucalığıdır. Bütün bunları və ölkəmizə verilən qiyməti düşünərkən belə fikirə gəlmək olur ki, biz 2011-ci ilə çox nikbin və inamla giririk".
Azərbaycan keçid dövrünü başa vurduğunu deyən J.Əliyeva vurğulayıb ki, 2010-cu ildən etibarən Azərbaycanda hər bir vətəndaşın layiqli həyat səviyyəsinə çatması üçün böyük işlər görülür: "Azərbaycan xalqını yeni il münasibətilə təbrik edirəm, onlara cansağlığı, xoşbəxtlik ruzi bərəkət və başlarının üstündə əmin amanlıq arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB