“Təxribatların qarşısı böyük uğurla alınır” AÇIQLAMA

“Təxribatların qarşısı böyük uğurla alınır” AÇIQLAMA

“Son illərdə Azərbaycan cəmiyyətində özlərini müxalifətin əsas aparıcı qüvvəsi kimi təqdim edən bu şəxslərin konkret proqramlar, layihələrlə meydana çıxmasının şahidi olmamışıq”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, əslində, dövlətimizin güclü sosial-iqtisadi inkişafı, ictimai-siyasi sabitliyin qorunması, həyata keçirilən neçə-neçə uğurlu layihələr onların varlıqlarını ortaya qoya bilməsi şanslarını sıfıra endirir: “Artıq bütün sosial dayaqlarını itirmiş Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli gündəmə gəlmək üçün vaxtilə bir sırada olduqları "həmkarları"nı qaralama kampaniyası ilə öz varlıqlarını sübut etməyə çalışırlar. Sirr deyil ki, son illərdə ölkəmiz xaricdən maliyyələşən anti-Azərbaycan kampaniyalarına məruz qalıb. Lakin hər dəfə ölkə rəhbərliyinin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində bu təxribatların qarşısı böyük uğurla alınır. Nəticədə isə onların əsas "yerli oyunçuları"na ayrılan maddi dəstək getdikcə azalır. İndi isə, sanki yerdə qalan maliyyəni kim daha çox öz qarşısına çəkəcək deyə mübarizə gedir. Təbii ki, bu məsələ ilə bağlı köhnə müttəfiqlər bir-birlərini gözdən salmaq üçün var qüvvələri ilə çalışırlar. Qeyd etdiyiniz məsələyə də bu prizmadan yanaşmaq daha doğrudur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə