Azərbaycanlı akademikə Türkiyənin Erciyəs Universitetinin Fəxri diplomu verilib
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya elmləri namizədi Xalidə Quliyeva-Qafqazlıya Türkiyənin Kayseri şəhərindəki Erciyəs Universitetinin Fəxri diplomu təqdim olunub.
SİA-nın xəbərinə görə, o, bu diploma türk aşıq ədəbiyyatının inkişafı yolları, onun görkəmli nümayəndələri, o cümlədən Qaracaoğlan (XVII əsr), Dərdli (XVIII əsrin sonu XX əsrin 1-ci yarısı), Dadaloğlu (XVIII əsrin axırı – XIX əsrin sonu), Seyrani (XX əsr), Aşıq İnsani (XX), Aşıq Veysəl (XX), Aşıq Xəlil Qarabulud (XX), Dəryami (XX), Aşıq Canımoğlu (XX) və başqalarının yaradıcılıq fəaliyyətləri, aşıq şerindəki ictimai motivlər haqqında apardığı tədqiqat işlərinə görə layiq görülüb.
X.Quliyeva-Qafqazlıya Fəxri diplomu Erciyəs Universitetinin müəllimi, eyni zamanda Türkiyədə Azərbaycanla bağlı şerlərin müəllifi kimi tanınmış, aşıq-şair, publisist, türk xalq yaradıcılığının tədqiqatçısı Bayram Durbilməz təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB