Cari il leykozlu xəstələrin problemləri hansı səviyyədə həll olunub?

Cari il leykozlu xəstələrin problemləri hansı səviyyədə həll olunub?
"2010-cu il "Leykemiya ilə mübarizə" İctimai Birliyi üçün çox uğurlu olub. Belə ki, cari il leykemiya xəstəliyi haqqında maarifləndirmə işləri güclənib, ictimaiyyətə və dövlət strukturlarına bu problem haqqında ətraflı məlumat verilib". Bu barədə SİA-ya açıqlamasında "Leykemiya ilə mübarizə" İctimai Birliyinin rəhbəri Mehriban Bağırova məlumat verib. O bildirib ki, bu xəstəliklə əlaqədar məşğul olan şirkətlərlə əlaqələr yaranıb, həm Azərbaycanda, həm də xarici dövlətlərdə konfranslar keçirilib.

Hal-hazırda məlumat bankında 184 xəstə uşağın qeydiyyata alındığını deyən M.Bağırova qeyd edib ki, 2010 il ərzində www.leykoz.az yardım saytının köməkliyi ilə 58 uşağa yardım edilib, 20 nəfər uşaq üçün isə yay sağlamlıq düşərgəsi keçirilib: "2010-cu il dekabrın 25 və 26-da yolka şənlikləri keçirilib və hədiyyələr paylanılıb. Düzdür problemlərin həlli yolları axtarılsada, hələ də çətinliklər var. Səhiyyə Nazirliyin əməkdaşları ilə birgə problemlər haqqında danışılıb və 2011-ci ilin yanvar ayında dəyirmi masa üçün hazırlıq işləri aparılır. Biz inanırıq ki, gələn il bizim xəstə uşaqlar üçün uğurlu olacaq, hökumətimiz bu uşaqlara diqqətini artıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə