“Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində keçirilən turnir və müsabiqələrin qalibləri mükafatlandırılıb

“Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində keçirilən turnir və müsabiqələrin qalibləri mükafatlandırılıb
Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə "Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq" layihəsi çərçivəsində keçirilən turnir və müsabiqələrin yekunu ilə bağlı mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ATGTİ-nın sədri Şahin İsmayılov və müsabiqədə iştirak edən universitetlərin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şahin İsmayılov bildirib ki, layihənin əsas məqsədi milli qəhrəmanlarımızı tanıtmaq və tələbələrimizin istedadlarını ortaya çıxarmaqdır: "Biz Azərbaycanda ən böyük tələbə təşkilatıyıq. İttifaqımız 39 universiteti əhatə edir. Gələn il bu rəqəmi 42-yə çatdırmağı planlaşdırırıq . Layihə çərçivəsində İqor Makeyevin xatirəsinə dama, Mübariz İbrahimovun xatirəsinə futbol, Fərid Əhmədovun xatirəsinə şahmat turniri keçirilib".

Heydər Əliyevin xatirəsinə həsr olunmuş breyn-rinq turniri üzrə birinciliyi Azərbaycan Dövlət İqtsad Universiteti (ADİU), ikinciliyi Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), üçüncülüyü isə Azərbaycan Dillər Universiteti (ADU) qazanıb.

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol turniri üzrə birinci yerə ADİU, ikinci yerə Azərbaycan Texniki Universiteti, üçüncü yerə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası layiq görülüb.

Fərid Əhmədovun xatirəsnə həsr olunmuş şahmat turniri üzrə oğlanlardan birinciliyi Eltac Səfərli (ADİU), qızlardan isə Fidan Ağasıyeva (ADİU) qazanıb.

Tədbirin sonunda müsabiqədə iştirak edən qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə