Əgər müharibə başlayarsa... ARAŞDIRMA

Əgər müharibə başlayarsa... ARAŞDIRMA

Son zamanlar həm Azərbaycanda, həm də Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin sülhdən kənar başqa bir formada həlli barəsində geniş məlumatlar yer alıb. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə çıxışında bildirib ki, rəsmi Bakı münaqişənin hərb yolu həll etməyə hazırdır, əgər sülh yolu ilə alınmırsa. Eyni zamanda erməni lideri Serj Sarkisyan yaxın keçmişdə ATƏT-in Astana sammitində çıxış edərkən deyib ki, guya ki, Azərbaycanın nə hüquqi, nə siyasi səbəbdən tanınmamış Dağlıq Qarabağa qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ermənistanın prezidenti qeyd edib ki, əgər Azərbaycan separatçı Dağlıq Qarabağa qarşı müharibəyə başlayarasa Ermənistan separatçıların müstəqilliyini tanıyacaq. Eyni zamanda Azərbaycan mediasında da münaqişənin hərb yolu ilə həll olunması barəsində geniş məqalələr yer alır. Bu sarıdan Ermənistan mətbuatıda geridə qalmır. Bildirilir ki, bütün dünyada hər iki ölkənin diasporaları artıq təşkilatlanma işinə başlayıblar. Bundan əlavə olaraq təmas xəttində atəşkəs rejiminin dəfələrlə pozulması. Bunun nəticəsində meydana gələn insan itkisi. Və hər iki müdafiə nazirlərinin bir-birnə qarşı ittihamları. Bütün bunların fonunda müharibə başlayarsa hər iki ölkənin silah arsenalına nəzər yetirsək daha yaxşı olardı.

Silahlanma

SSRİ-nın dağılmasından sonra Ermənistan, Azərbaycan və özünü müstəqil kimi tanıtmağa başlayan separatçı Dağlıq Qarabağ Sovet ordusundan ayrı-ayrılıqda silah mirası əldə etdilər. Daha doğrusu ərazidə olan hərbi hissələrə sahib çıxdılar. Yalnız Azərbaycan ərazisində mövcud olan sovet hərbi birləşmələrinin bir qismini xüsusəndə hava hücumundan müdafiə üçün nəzərdə tutulan raket komplekslərini və hərbi təyyarələrini Rusiya öz bildiyi ərazilərə yerləşdirdi. Daha doğrusu Ermənistana. Bir çoxunu isə Dağlıq Qarabağa. Bu zəmində Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və Qazaxıstan sovet kvotasının əvəzinə "Avropada adi silahlar haqqında" müqavilənin iştirakçısına çevrildilər. Məsələn: "Qafqazda mövcud olan dövlətlərə 220 tank, 220 hərbi zirehli maşın, 285 artsistem, 100 hərbi samalyot və 50 hücum üçün nəzərdə tutulan vertalyotu silah arsenalına daxil etmək icazə verirlir".

 

Eyni zamanda SSR dağıldıqdan sonra Ermənistanda 77 tank, 189 BBM (150 BMP və 39 BTR), 160 artisistem, 3 samalyot, 13 vertalyot qaldı. Lakin reallıqda isə tam başqa mühit formalaşmışdı. Belə ki, ermənilər Dağlıq Qarabağı işğal etdikdən sonra müharibə zamanı hərbi sferada verdiyi itkilər barəsində məlumat verdi. Müharibə zamanı erməni tərəfi T-72 tipli 77 tankdan 62-sini, 150 BMP-dən 49-nu, 39 BTR-dən 40-nı (rəqəmlər düz gəlmir), 6 ədəd minamyot itirmişdi. Deməli ilk hesabatla müharibədən sonrakı hesabat arasında fərqlər mövcuddur. Yeri gəlmişkən isə Rusiyanın Dağlıq Qarabağa yerləşdirdiyi silahlar barsəsində hələ də məlumat vermir.

 

Bütün bunların fonunda vaxt keçdikcə silah arsenalı da bu ölkələrdə genişlənməyə başladı. Nəzərə alsaq ki, hazırda 90-ci illərin əvvəli deyil və silahlanma iqtisadi templərlə inkişaf edir. Həmçinin həmin dövrdə partizan üsulu daha çox əhəmiyyət kəsb edirdisə, indi əsgərlər sıravi ordu formasında təşəkkül tapıb. Atəşkəs əldə olunduqdan sonra keçən dövr ərzində münaqişə tərəfləri silahlanmada evalusiya əldə ediblər. Əlbətdəki, münaqişənin bitmədiyini nəzərə alsaq silahlanmanın daha geniş vüsət alması həm Azərbaycanda, həm də Ermənistada normal yanaşma tələb edən amildir.

 

Ermənistan üçün silah import edilən ölkənin ilk sırasında Rusiya durur. Bu danılmaz fakt olaraq qalır. Eyni zamanda rəsmi İrəvan Çinin PC30 WM-80 tipli raket zenit kompleksinin alıcısıdır. Bu kompleks ilk növbədə Rusiyanın "Qasırğa" raket sistemindən daha perspektivli və geniş imkanlara malik olan bir silahdır. Azərbaycan isə öz növbəsində nəinki geri qalmaq hətda Ermənistanı silahlanma sahəsində ötüb keçib. Belə ki, hərbi Arsenalın modernləşdirilməsi istiqamətində görülən işlər uğurla davam edir. Çünki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən 4 dəfə çoxdur. Eyni zamanda rəsmi Bakının silah aldığı ölkələrin başında rəsmi Kiev durur. Lakin ümumilikdə götürdükdə Azərbaycanın silah aldığı ölkələrin siyahısı daha genişdi, o cümlədən də Rusiya bu ölkələrin siyahasına daxildir. Belə ki, 1 yanvar 2010-cu ilə olan məlumata görə, rəsmi Bakının 381 tankı və 425 artsisitemi, 181 BBM, 75 hərbi samalyot və 15 hücum üçün hərbi vertolyotu var. ( Buda Böyük Britaniya, Hollandiya, Belgiya və Norveçdə olan silah arsenalından daha çoxdur).

 

Artıq ötən ildən bu sahədə işlərə başlanıb və ölkənin müdafiəsinin daha da gücləndirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yeni istehsalat sahələri yaradılıb. Azərbaycan artıq bir ildir Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində ordunu lazım olan silah, sursat və digər müdafiə təyinatlı məhsullarla təchiz etməyə başlayıb. Ölkənin xaricdən silah asılılığının minimuma endirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin zavodlarında rekonstruksiya işləri aparılır və yeni avadanlıqlar alınaraq ölkəyə gətirilir. Bir neçə atıcı silahın nümunəsi isə hazırlanaraq test olunub. Hazırda həmin silahlarla ordunun və hüquq-mühafizə orqanlarının təchizatı həyata keçirilir. İlkin olaraq "İstiqlal" snayper tüfəngi, Azərbaycan istehsalı olan avtomat, "İnam", "Zəfər" və "Zəfər-K" tapançaları, minalı ərazilərdən piyadalara keçid açmaq üçün "Qığılcım" adlı xüsusi avadanlıq buna misal ola bilər.

 

Artıq silahlı qüvvələrin bəzi birlikləri milli avtomatımızla təchiz olunur ki, bu da silah asılılığının azaldılmasında mühüm sayıla bilər Hazırda Azərbaycan ordusu keçmiş SSRİ istehsalı olan müxtəlif model "Kalaşnikov" avtomatı və pulemyotu (PK), "Draqunov" snayper tüfəngi ilə yanaşı İsrail istehsalı olan UZİ, TAR-21 (5,56 mm) (Tavor), HK G-3, "Remington 700" snayperi, M4 karabini, Türkiyə istehsalı olan "JNG-90" snayperi, atıcı silahlar və tapançalar və s. istifadə edir. Ordunun arsenalında artıq "İST 14,5 Antimaterial Sniper Rifle" ("İstiqlal"), "İST 12,7" snayper tüfəngi, Azərbaycan mühəndisləri tərəfindən dizaynı hazırlanmış "Xəzri" adlanan avtomat, Türkiyənin TİSAŞ şirkəti ilə müştərək istehsal olunan "İnam", "Zəfər" və "Zəfər-K" kimi tapançalardan, kiçik və orta çaplı minaatanlardan, müxtəlif mərmi və sursatlara rast gəlinir. Artıq sursat istehsalını müasir standartlar səviyyəsinə çatdıran Azərbaycan bu il ilk dəfə olaraq xarici dövlətə - Türkiyəyə 30 milyon ədəd güllə ixrac edəcək. Azərbaycan ordusunun silah arsenalı yeniləşdikcə keçmiş sovet istehsalı olan silahlardan, xüsusilə də "Kalaşnikov" avtomatından tədricən imtina olunacaq. Bu prosesin isə minimum 2020-ci ildə başa çatması gözlənilir. Amma müstəsna sayda bəzi birliklərdə bu silahın saxlanılması da mümkündür. Hazırda şərti olaraq "Xəzri" adlandırılan avtomatların sınaqlar zamanı keyfiyyət və dözümlülük baxımından müasir "Kalaşnikov" modellərindən geri qalmadığı, əksinə bəzi üstünlüklərinin olduğu aşkara çıxıb.

 

Lakin Ermənistanın silah arsenalına nəzər yetirək. 1 Yanvar 2010 ci ilin üçün Ermənistanda 110 tank, 140 BBM, 239 artsistem, 16 samalyot və 8 vertalyot var. Bu zəmində separatçı qurumda da az silah ehtiyatı yoxdur. Belə ki, hazırda Dağlıq Qarabağda 316 tank, 324 BMM, 322 artsistem mövcuddur. Eyni zamanda Rusiya və Ermənistan Rusiyanın Ermənistan ərazisindəki 102 saylı hərbi bazası haqqında müqavilədə dəyişikliklərin olması barədə protokol imzaladılar. Protokol layihəsinə görə, baza haqqında müqaviləyə "Rusiyanın Ermənistan ərazisindəki hərbi bazası Rusiya Federasiyasının maraqlarının müdafiəsi funksiyasını gerçəkləşdirməkdən başqa, Ermənistan silahlı qüvvələri ilə birgə bu respublikanın təhlükəsizliyini təmin edir" dəyişikliyi edildi. "Göstərilən məqsədlərə nail olunması üçün RF Ermənistanın müasir və müvafiq silahlarla, hərbi (xüsusi) texnika ilə təchiz olunmasına dəstək göstərir", - deyə protokol layihəsində bildirilir. Sənədə görə, "Rusiya hərbi bazasının hərbi birləşmələrinin tətbiqi tərəflərin qarşılıqlı razılaşması, 15 may 1992-ci ildə imzalanmış Kollektiv Təhlükəsizliyə dair Müqavilə, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci ildə RF və Ermənistan arasında imzalanmış müqaviləyə və tərəflərin qanunvericilik aktları əsasında gerçəkləşir".

 

Xatırladaq ki, 1997-ci ildə imzalanmış müqavilə 25 illik hərbi yardım göstərmə planını nəzərdə tuturdu. Bununla yanaşı, yeni protokol layihəsində 26-cı maddənin aşağıdakı redaksiyada verilməsi təklif edilir: "Müqavilə 49 il ərzində qüvvədədir və tərəflərdən hansısa əvvəlcədən (6 ay əvvəl) yazılı şəkildə etiraz məlumatı verməsə, ardıcıl olaraq növbəti 5 illik dövrlərlə uzadılır".

 

Azərbaycan Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində ordunu lazım olan silah, sursat və digər müdafiə təyinatlı məhsullarla təchiz etməyə başlasada Ermənistanda hazırda bu vəziyyət hökm sürmür. Eyni zamanda rəsmi İrəvanın iqtisadi potensialı imkan vermir ki, onlar silah arsenalını genişləndirə bilsinlər. Bütün bunlara nisbətdə canlı qüvvənin sayına nəzər yetirsək görərik ki, Azərbaycan silahlı qüvvələrində mövcud olan canlı potensial Ermənistan əhalisini sayına yaxındır. Bu isə hər şeyi deyir.

Hərbi Əməkdaşlıq

Hərbi Əməkdaşlıq Ölkələr arasında hərbi gücü nümayiş etdirən amillərdən biri də həmin dövlətin digər dövlətlərlə hərbi əməkdaşlığıdır. Burada çətin heç bir nüans yoxdur Ermənistan - Rusiya, Azərbaycan - Türkiyə ilə ən yaxın silahdaşdır. Lakin burada da üstünlük Azərbaycan tərəfindədir. Əməkdaşlığıa cöğrafi nöqteyi nəzərdən diqqət yetirsək görsənirki, Ermənistan bu dəfdə Azərbaycandan geri qalır. Belə ki, rəsmi Bakının Türkiyə ilə sərhədi var və şimalda Rusiya ilə həmsərhəddir. Ermənistanın isə Rusiya ilə heç bir qonşuluq əlaqələri yoxdur. Əksinə Ermənistan bir tərəfdən Türkiyə ilə sərhəddir. Hansıkı Ermənistanla Dağlıq Qarabağı işğal etdiyinə görə, sərhədləri bağlayıb. Digər tərəfdən Gürcüstan. Hansı ki, məlum səbəbə görə, Rusiya ilə arası dəyib və müttəfiq kimi Azərbaycanı seçib. Bu zəmində Rusiyanın Ermənistana yardımı minumuma enir. Qalır İran. Rəsmi Tehran din qardaş sayılsada kafirlik etməkdən də bəzən çəkinmir. Məsələn: Xudafərin körpüsünün üzərində "Su Elektrik Stansiyasının" tikintisinə, tranzit yolların bərpasına, sosial və iqtisadi vəziyyətin yaxşılaşmasına Ermənistana yaxından yardım edir. Ehtimal ki, hərbi sferada da yardım etməkdən çəkinməz.

 

Xülasə. Ermənistan yalnız Rusiyanın onun ərazisində yerləşən tək Gümrü bazası ilə kifayətlənməli olur. 2005-ci ilin dekabrında Rusiya və Ermənistan arasında bir neçə ikitərəfli sənədin imzalanmasından sonra bu ölkədə Rusiya bazasının fəaliyyətinin genişləndirildiyi bəyan edildi. Sənədlərə görə, Ermənistan 102 saylı bazaya torpaq sahələri və daşınmaz əmlak verdi. Rusiyanın Qafqazdakı hərbi qruplaşmasına tabe olan bu baza müxtəlif zenit-raket kompleksləri və MiQ-29 qırıcıları (20 ədəd) və bombardmançı təyyarələrlə təchiz olunub. Şəxsi heyətin sayı 5 minə yaxındır. Adıçəkilən bazada hava hücumundan müdafiə üzrə 2 alay fəaliyyət göstərir. SA-8, "Kruq", "S-75", "S-125", "S-300" tipli model və modifikasiyalara malik zenit qurğular bu alayların cəbbəxanasındadır.

 

Eyni zamanda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ( KTMT) üzvüdür. Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın da daxil olduğu bu təşkilatda ölkələrdən hər hansı birində müharibə şəraiti yaranacağı təqdirdə biri-birilərinə yardım edilməsi haqqında anlaşma var. Bəs onda müharibə baş verəcəyi təqdirdə nə olacaq? Bu zaman nə baş verəcək? Ermənistan güvəndiyi Rusiyadan çox köməklik ala bilməyəcək. Çünki rəsmi Bakı bundan xəbər tutsa Ruusiyanın Cənubi Qafqaz üzrə siyasi xüsusəndə neft istiqamətində yürütdüyü işlər iflas olacaq. Eyni zamanda Türkiyə ilə baş-başa gəlmək Rusiya üçün çətin olar. Lakin Erməni tərəfi fikirləşir ki, KTMT-nin yardım əli onlara uzana bilər. Bu ehtimal da sıfıra bərabərdir. Çünki, KTMT-nın məhz Ermənistanla anlaşması var. Tanınmamış Dağlıq Qarabağla yox. Eyni zamanda əgər Ermənistan bu müharibəyə qoşulsa yenədə KTMT ona yardım etməyəcək. Çünki rəsmi İravan təcavüz edilən yox təcavüzkar dövlət olacaq. Bütün bunların fonunda beynəlxalq hüquqda göstərildiyi kimi, Azərbaycanın torpaqlarını geri qaytarmaq haqqından çıxış edərək bu addımı atması KTMT-ya üzv olan ölkələrin əlini bağlamaq yox sındırıb yanına salcaq.

 

Növbəti qonşumuz olan İran isə " Müsəlmançılıq" prinsiplərindən çıxış edərək vəziyyətin gedişatına uyğun olaraq münasibət bildirməyə başlayacaq. Necə ki, bir dəfə münaqişənin həllində iştirak etmək istədi. Onda isə Laçın erməni işğalçıları tərəfindən zəbt edildi. Odur ki, rəsmi Tehran Azərbaycana sərf edən amillərin heç birini özündə ehtiva etmir. Ən əsası isə Qərbi yaddan çıxartamq lazım deyil. Əgər müharibə başlasa Qərbin reaksiyası sərt olacaq. Ona görə ki, yox insan tələfatı və regionda gərgin vəziyyət yaranacaq. Əsla belə deyil. Əsas təbii ehtiyatların qorunması. Onların neft və qaz ehtiyatlarının Avropaya ötürülməsi istiqamətində planlarını suya düşməsi narahatçılıq doğuracaq. Bax burada seçim etmək çətin olacaq. Bir tərəfdən ABŞ və Fransada mövcud olan güclü erməni diasporası. Digər tərəfdən isə neft və qazla bol olan Azərbaycan. Həmçinin qərbin silahlı münaqişəyə qol qoymasıda müşkül məsələdir. Çünki, onlar yalnız tərəflərə münaqişəni dayandırmaq barəsində qətnamə qəbul etməklə kifayətlənəcəklər. Gördüklər işdə ATƏT-in Minsk qrupunu fəaliyyətindən heçdə seçilən deyil.

 

Bütün sadalanan faktlar üzrə demək olar ki, əsas Alı Baş Komandanın əmridir. Əmrdən sonra maksimum bir neçə gün kifayət edər ki, Ermənistan ordusu diz çöksün. Çünki bütün sferalarda üstünlük bizim əlimzdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə