Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
SİA-nın xəbərinə görə, xəstəxananın kollektivi dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladı. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi.
Prezident İlham Əliyev xəstəxananın əsaslı təmir və yenidənqurmadan sonra açılışı, Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tibb işçilərini təbrik etdi.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xəstəxanada görülmüş işlər haqqında ətraflı məlumat verdi. Xəstəxana ilə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı səhiyyə ocağının tibb heyəti ilə xatirə şəkli çəkdirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB