"Xalq üçün müxalifətin var olub, olmaması maraqlı deyil” AÇIQLAMA

"Xalq üçün müxalifətin var olub, olmaması maraqlı deyil” AÇIQLAMA

“Əli Kərimlinin və Cəmil Həsənlinin, eləcə də Arif Hacılının müxalif həmfikirlərə qarşı bu cür hərəkətlərə əl atmalarının zaman-zaman şahidi olmuşuq”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, bu baxımdan demək olar ki, müxalifət partiyaları arasında bu cür savaşlar, söz müharibələri, bir-birini təhqir etmələri yeni bir məsələ deyil: “Müxalifət düşərgəsini təmsil edən şəxslərin bu cür əməlləri təkrar etməsi ondan irəli gəlir ki, bunların normal məşğul ola biləcəkləri məsələ yoxdur. Sadəcə olaraq, Ə.Kərimlinin, C.Həsənlinin, və A.Hacılının bir müddət gündəmdə qalmaq üçün hədəf olaraq eyni qazandan qidalandıqları “dost”larını hədəf seçirlər. Bunun üçündə bir-birini məhv etmək üçün əllərindən gələni edirlər. Çünki Ə.Kərimli, C.Həsənli, və A.Hacılı istəmirlər ki, öz düşərgələri daxilində kimsə onlardan üstün olsun. Əslində, müxalifətin öz aralarında belə dava-dalaşlar aparmasının cəmiyyət üçün maraqlı deyil. Çünki xalq üçün müxalifətin var olub, olmaması maraqlı deyil”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə