Spiker: “Hazırda ölkəmizdə su sektoruna böyük investisiyalar yatırılır”

Spiker: “Hazırda ölkəmizdə su sektoruna böyük investisiyalar yatırılır”

"Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi həqiqətən də tarixi hadisədir". Bu sözləri Milli Məclisin spikeri Oqtay Əsədov Parlamentin bugünki iclasında çıxışı zamanı deyib.

"Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycanda su problemi yaxın 2-3 il ərzində tamamilə həll olunacaq. Bilrsiniz ki, ölkəmizdə demək olar ki, təbii qaz problemi aradan qaldırılıb. Hətta işıq problemimiz də demək olar ki, yoxdur. Hazırda da suya böyük investisiyalar yatırılır. Oğuz-Qəbələ-Bakı su kəməri 20 ildən sonrada Bakının su təlabatını ödəməyə malik olan bir kəmərdir", deyə spiker bildirib.

Iclas zamanı bu məsələyə digər millət vəkilləri də münasibət bildirərək ilin sonunda bu cür hadisələri sevindirici hal kimi qiymətləndiriblər.

İclas davam edir

Bütün xəbərlər Facebook səhifəmizdə