Xəbər verdiyimiz kimi cari ilin dekabrın 18-də "Ağ Ev" ABŞ-ın qoşunlarını Suriyadan çəkməyə başladığını elan edib. ABŞ prezidenti Tramp “Twitter”də yazıb: “Əvvəlcə biz Suriyada üç ay qalmaq fikrində idik və bu, yeddi il əvvəl mövcud olub. Biz heç vaxt oradan çıxmırdıq. Mən prezident olanda İŞİD orada özbaşınalıq edirdi. İndi İŞİD-ə əhəmiyyətli dərəcədə qalib gəlinib və və onun qalıqları ilə yerli ölkələr məşğul ola bilər. Biz evə qayıdırıq!”.
Bəs görəsən ABŞ qoşunlarının Suriyadan çıxması hansı məqsədlərə hesablanıb?
Məsələni SİA-ya şərh edən politoloq Sahil İsgəndərov söyləyib ki, ABŞ prezidenti Donald Trampın qoşunlarını Suriyadan çıxarılması ilə bağlı bəyanatı onun seçki qabağı kampaniya müddətində daxili və xarici siyasət müstəvisində vəd verdiyi məqamlarla bağlıdır.
Onun sözlərinə görə, məsələyə həmin kontekstdən baxdıqda Tramp dəfələrlə bəyanatından bildirmişdi ki, ondan əvvəlki administrasiyaların, xüsusilə də ABŞ sərhədlərindən kənarda apardığı müharibələr bu ölkə üçün nə iqtisadi, nə də siyasi baxımından xeyrinə deyil: “ Analitiklərin hesablamalarına görə, İraq kampaniyası ABŞ iqtisadiyyatına ümumilikdə 6 trilyon dollara başa gəldi. Bu rəqəm kampaniyaya xərclənən vəsaitin illik gəliri də üstünə gəlməklə hesablanıb. Hətta Trampdan əvvəl Obama da bəyan etmişdi ki, ABŞ bundan sonra birbaşa müharibələrdən qaçacaq və müəyyən ölkələrdəki dairələrə yardım göstərəcək. Çünki, bu maliyyə baxımından daha ucuz başa gəlir”.
"Bəyanat Suriya üçün yaxşı gələcək vəd etmir”
Tramp tərəfindən verilən mesajın birmənalı olmadığını deyən politoloq söyləyib ki, ABŞ tərəfindən addım onların Suriyadan birbaşa çəkilməsi anlamına gəlməməlidir: “Bu qəti şəkildə mümkün olan məsələ deyil. Çünki, ABŞ indiyədək heç bir ölkəni belə asanlıqla tərk etməyib. İraqın özünə baxdıqda Barak Obama vaxtilə oradan qoşunlarını çıxartsa da, hazırda orada 16 min nəfərlik həm diplomatik korpus və hərbiçilər var. Doğrudur onlar bir başa dövlət xətti ilə olan hərbiçilər deyil, amma istənilən halda onlar ABŞ-ın Pentaqonla əlaqəli olan şirkətləridir və onlar heç zaman müstəqil deyillər. Sadəcə adı fərdidir. Tramp son bəyanatında da qeyd edib ki, biz gedirik amma istənilən halda, lazımi məqamda geri qayıdacağıq. Trampın bu bəyanatı o demək deyil ki, oradakı silahlı qruplaşmaya maliyyə dəstəyi göstərilməyəcək. Əsas məsələ də elə bundadır və bu heç də Suriya üçün yaxşı gələcək vəd etmir”.
"ABŞ öz ənənəsinə sadiq qalaraq, bir yerə girdiyi zaman oranı xarabaya çevirib sonra çıxıb gedir"
S. İsgəndərov söyləyib ki, ABŞ İraqdan çıxsa da, hazırda bu ölkə 3 yerə parçalanıb: “Liviya praktiki olaraq öz müstəqilliyini itirərək iki yerə parçalanıb. İndidə növbə Suriyanındır. Suriyada hazırda demək olar ki 3 yerə parçalanmış vəziyyətdədir. Hökumət qoşunları, üsyançılar və bir də kürd üsyançıları ilə bağlı məqamlar. Tramp bəyan edir ki, İŞİD-lə digərləri mübarizə apara bilər. Lakin sual vermək lazımdır İŞİD niyə görə yaratmaq lazım idi ki, indi bu təşkilatla başqaları vuruşsun? ABŞ neçə illərdir ki, İŞİD-lə mübarizə pərdəsi arxasında Suriyanı atına çevirdir. İŞİD-idə elə Qərbin siyasəti yaradıb. Burada maraqlı məqam Trampın təzadlı çıxışıdır. Bir tərəfdən o deyir ki, biz İŞİD-ə qalib gəlmişik ona görə ABŞ oradan çıxır, digər tərəfdən də bəyan edir ki, qoyun İŞİD-lə və başqa qruplaşmalarla digərləri ilə mübarizə aparsın. Daha sonra isə bildirir ki, o Türkiyə prezidenti Ərdoğanla telefon danışığı aparıb və danışıq zamanı artıq razılığı gəlinib və bundan sonra İŞİD-ə qarşı Türkiyə tərəfindən ciddi addımlar atılacaq. Burada ziddiyyətlər xəbər verir ki, ABŞ öz ənənəsinə sadiq qalaraq, bir yerə girdiyi zaman oranı xarabaya çevirib sonra çıxıb gedir”.
"Əsas məqsəd ölkələr arasında çaxnaşma yaratmaqdır"
Politioloq vurğulayıb ki, Rusiya, İran və Türkiyənin Suriyada işğalçı qruplaşmalar, silahlı üsyançılarla mübarizə aparması bu ölkələr üçün elə də asan olmayacaq: “ Çünki, ABŞ-ın oradakı qruplaşmalara yardım etməyəcəyi mümkünsüzdür. Hələ ki, Qərbin Koalisiyası Suriyadadır və hazırda İran, Türkiyə və Rusiya eyni mövqedən çıxış edirlər. Amma məsələ burasındadır ki, onların oradakı müttəfiqliyi müvəqqətidir. Orada bir sıra məqamlarda Bu ölkələrin müxtəlif geoasiyasi maraqları var. Bu maraqlar haradasa toqquşacaq. Üç dövlətin özünün Suriyanın gələcəyi ilə baxışında fərqli məqamlar var. Rusiya Kürdlərə özünüidaretmə imkanlarının verilməsinin tərəfdarı olsa da, Türkiyə qəti şəkildə bunun əleyhinədir. İranın ümumiyyətlə ambisiyaları İsraillə toqquşmaya dirənir. ABŞ oradan getməyi açıqlasa da, İsrail getməyi düşünmür. Əslində Trampın İŞİD-lə başqa dövlətlər mübarizə aparsın söyləməsi bu ölkələr arasında çaxnaşma yaratmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB