“Etiraz aksiyaları Avropa siyasi sisteminin çevrilməsinə gətirib çıxaracaq” AÇIQLAMA-ÖZƏL

“Etiraz aksiyaları Avropa siyasi sisteminin çevrilməsinə gətirib çıxaracaq” AÇIQLAMA-ÖZƏL

“Fransada baş verən etiraz aksiyaları burada həyata keçirilən siyasi sistemdəki böhran vəziyyətinin göstəricisidir. İş orasındadır ki, sosial etiraz təkcə Fransa da deyil, Avropanın digər bölgələrində də keçirilməkdədir. Avropada ictimai etiraz faktoruna səbəb olunan əsas amil, burada bəzi liderlərin məhz bu siyasi dalğadan istifadə edərək hakimiyyətə gəlməsidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Avropada hakimiyyətə gələnlər onları hakimiyyətə gətirənlərin ümidlərini doğrultmadılar: “Məhz buna görə də hazırda etirazçılar ya bu insanların istefasını və ya siyasətini kökündən dəyişmək kimi tələblər irəli sürürlər”.

Politoloqun sözlərinə görə, “sarı gödəkçəlilərin” etirazları ciddi siyasi dəstəyə malik deyil: “Partiyalar onlardan yalnız öz məqsədləri üçün istifadə etməyə çalışsalar da, heç bir fayda verməyəcək. Çünki, etirazçılar siyasi məqsədlər həyata keçirmirlər”.

“Hesab edirəm ki, Fransada etiraz aksiyaları hələ bir müddət davam edəcəkdir. Onun inkişaf perspektivləri fərqli şəkildə qiymətləndirilə bilər. Amma düşünürəm ki, Avropa siyasətində belə bir etirazın mövcudluğu, tezliklə müasir Avropa siyasi sisteminin çevrilməsinə gətirib çıxaracaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə