"Tramp qərarını dəyişmək niyyətində deyil"

"Tramp qərarını dəyişmək niyyətində deyil"

ABŞ prezidenti Donald Tramp, Pentaqonun rəhbəri Ceyms Mattis və digər yüksək vəzifəli məmurların istefasına baxmayaraq, Amerika qoşunlarının Suriyadan çıxarılmasına dair qərarını dəyişmək niyyətində deyil. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə "Ağ Evin"in aparat rəhbəri vəzifəsini icra edən Mike Malvani açıqlamasında deyib.

Mövcud vəziyyətdə ABŞ prezidentinin siyasət kursunun dəyişməsi ilə bağlı sualı mənfi cavablandıran Malvani deyib: "Hesab edirəm ki, xeyr. ABŞ prezidenti əvvəl gündən xalqa Suriyada əbədi qalmağımızı istəmədiyini söyləmişdi. Nəticə iki ildən sonra özünü göstərdi".

Qeyd edək ki, "Ağ Ev" cari ilin dekabrın 18-də ABŞ-ın qoşunlarını Suriyadan çəkməyə başladığını elan edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə