Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Samux rayonunda iki Qarabağ müharibəsi əlilinə fərdi mənzillər verilib. Samux rayon İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, bu gün rayonun Ziyadlı kəndində məskunlaşan iki ailəyə yeni mənzillərin açarları təqdim olunub.
Bununlada Samuxda 6 Qarabağ müharibəsi əlili evlə təmin edilib. Yaxın günlərdə isə daha bir nəfər bu kateqoryadan olan vətəndaş mənzillə təmin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB