Bu gün parlamentin payız sessiyasının son iclası keçiriləcək

Bu gün parlamentin payız sessiyasının son iclası keçiriləcək
Bu gün Azərbaycan Milli Məclisinin 2010-cu ildə sonuncu iclası keçiriləcək. SİA-nın xəbərinə görə, iclasda 6 məsələyə baxılacaq və parlament adından Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciət qəbul ediləcək.

İclasda, həmçinin "Dövlət rüsumu haqqında" qanuna, "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"yə, "Fərdi məlumatlar haqqında" qanunun tətbiqi ilə əlaqədar bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər ediləcək. Bundan əlavə iclasda Vergi Məcəlləsinə dəyişikliklər və "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" qanuna əlavələr səsverməyə çıxarılacaq.

Qeyd edək ki, bu gün Milli Məclis iclasdan sonra tətilə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə