Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
— Roma İmperiyasında "Yustinian qanunları" qüvvəyə minib (533)
— Cənubi Afrika "Transvaal" Respublikası yaranıb (1880)
— Gülhanə Hərbi Tibb Məktəbi açılıb (1898)
— Çikaqo teatrında yanğın nəticəsində 600 nəfər həlak olub (1903)
— Sun Yat Sen Çinin birinci prezidenti seçilib (1911)
— Almaniya Kommunist Partiyası təşkil edilib (1918)
— SSRİ I Sovetlər qurultayı keçirilib. Sovet Sosialist Respublikaları İttifaqı təsis edilib (1922)
— Nəriman Nərimanov Azərbaycan SSR Ali Sovetinin Baş katibi təyin edilib (1922)
— SSRİ-nin dəstəklədiyi qüvvələr Rumıniyada hakimiyyəti ələ alıb (1947)
— Amerika prezidenti Riçard Nikson Vyetnamdakı bombardmanları dayandırmağı əmr edib (1972)
— Madaqaskar Demokratik Respublikası yaranıb (1975)
— Türkiyədə illik inflyasiya 106 faizə çatıb (1980)
— Gəncənin tarixi adı 20-ci əsrdə ikinci dəfə bərpa olunub (1989)
— Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini tanıyıb (1991)
— Vatikanla İsrail arasında diplomatik münasibətlər qurulub (1993)
— Türkiyə Apelyasiya məhkəməsi edam cəzasına məhkum edilmiş terrorçu Abdulla Öcalanın şikayətini rədd edib (1999)
— İraqın keçmiş prezidenti Səddam Hüseyn səhər saat 5 radələrində asılaraq edam edilib (2006)

Bütün xəbərlər Facebook səhifəmizdə