“The Guardian”ın çirkin kampaniyası təzyiq xarakteri daşısa da... QƏRƏZ

“The Guardian”ın çirkin kampaniyası təzyiq xarakteri daşısa da... QƏRƏZ

Bu kimi cəhdlər uğursuzluqla nəticələnir

Zaman-zaman Qərbin müəyyən KİV-ləri Azərbaycan dövləti və hakimiyyəti barədə heç bir fakta əsaslanmayan, açıq-aydın şəkildə böhtan xarakterli yazı və məqalələrlə çıxışlar edirlər. Söz yox ki, bu kimi cəhdlər elə ilk andaca uğursuzluqla nəticəsini tapır. Çünki ən azı, Azərbaycana səfərlər edən on minlərlə xarici turistlər - xüsusilə, təşkil edilən müxtəlif beynəlxalq forum və konfranslaa iştirakçı qismində qatılan Avropa və Qərb nümayəndələri ölkəmizdə mövcud olan demokratik dəyərlərin, azadlıq və prüalizmin şahidlərinə çevrildiklərini bəyan edirlər. Çox yəqin ki, onlar istər “The Guardian”, istərsə də digər böhtançı nəşrlərdə gedən qərəzli yazı və məqalələrə ciddi olaraq yanaşma etmirlər. Bu baxımdan, dekabrın 21-də Böyük Britaniyanın “The Guardian” nəşrində getmiş növbəti iftira yazısı əslində, müəyyən tarixə malik olan bu nəşrin reytinqinə köklü zərbə vurub.

Bu qəzet açıq-aşkar korrupsiya əməllərinə qurşanıb

Ümumiyyətlə, istər qərəz, istər ədəbsizlik, istərsə də sözün əsl mənasında tərbiyəsizlik xarakteri daşıyan həmin məqalədə dövlətimizin başçısı, eləcə də Onun ailə üzvləri ilə bağlı verilmiş şər-böhtanlı material sözügedən yazının sifarişlərə əsaslandığını da tam çılpaqlığı ilə sübuta yetirməkdədir. Buradan həm də belə nəticəyə gəlmək mümkündür ki, bu qəzet açıq-aşkar korrupsiya əməllərinə qurşanıb. Daha dəqiq desək, onun sifarişlə yazdığı böhtan xarakterli yazıların arxasında maddiyyat maraqlarının dayanması şübhəsizdir.

Buradan həm də belə bir nəticə çıxarmaq olar ki, bu tipli sifarişli iftiralar müxtəlif xarici KİV-lər tərəfindən əvvəlki dövrdə də irəli sürülsə də, heç bir təsdiqini tapmayıb.

Azərbaycanın beynəlxalq arenada müstəqil və balanslı siyasət yürütməsi, mühüm tribunalarda söz sahibinə çevrilməsi bir sıra xarici dairələri ciddi şəkildə narahat edir

Yeri gəlmişkən, müxtəlif yerli və xarici ekspertlər də bənzər halların heç bir sübuta əsaslanmadığını deyir, o cümlədən qeyd edirlər ki, Qərb KİV-lərində zaman-zaman dərc olunan bəzi materiallar, o cümlədən “The Guardian” nəşrində verilən belə məqalələr müstəqil və prinsipial xarici siyasət yürüdən Azərbaycan Respublikasına, onun region dövlətləri, o cümlədən Rusiya və MDB ölkələri, Türkiyə, İran və s. ilə günü-gündən inkişaf edən, qarşılıqlı maraqlara və mehriban qonşuluq prinsipinə əsaslanan əlaqələrinə təzyiq xarakteri daşıyır.

Beləliklə, fakt budur ki, əslində Azərbaycanın beynəlxalq arenada müstəqil və balanslı siyasət yürütməsi, mühüm tribunalarda söz sahibinə çevrilməsi bir sıra xarici dairələri ciddi şəkildə narahat edir və nəticədə onlar müxtəlif iyrənc üsullara əl ataraq, beynəlxalq rəydə yanlış informasiyalar yaratmağa çalışırlar. Fəqət, bu kimi cəhdlər əlbəttə ki, nəticəsiz qalmaqla yanaşı, belə KİV-lərin məntiqsizliklərini də sübuta yetirir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə