"Bu gün Böyük Britaniyanın “The Guardian” nəşrində Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri ilə bağlı yalan, iftira ilə dolu və böyük bir qarayaxma kampaniyasının tərkib hissəsi olan bir məqalə dərc olunub". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, bu ilk hadisə deyil: "Biz əvvəllər də anoloji yanaşmaların şahidi olmuşuq. Lakin hər dəfə də belə iftiralar və yalanlar təbii ki, öz təsdiqini tapmayıb. Belə olan təqdirdə sual yaranır. Niyə “The Guardian” nəşrində bu səpkili yazılar dərc olunur? Niyə məhz indi? Hesab edirəm ki, bu sualın cavabını vermək üçün ilk növbədə ona diqqət yetirmək lazımdır ki, Azərbaycan dövləti öz daxili və xarici siyasətində bu və ya digər şəkildə çox ciddi uğurlara imza atarkən ölkəmiz hər zaman hədəfə götürülür. Ona görə Azərbaycan hədəfə götürülür ki, ölkəmizin bütün bu uğurlarının əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü, sistemli fəaliyyəti dayanır. Bütün bu uğurlarımızın təminatçısı da odur və onun xalqla birliyidir. Bu səbəbdən də əsas hədəf cənab İlham Əliyevdir və onun ailə üzvləridir. Bununla da onlar Azərbaycan dövlətinin simvollarından biri olan Prezidentə təzyiq göstərirlər və beləcə öz qarayaxma kampaniyalarını həyata keçirirlər.
Hesab edirəm ki, “The Guardian” nəşrində çap olunmuş məqalə sifarişli məqalədir. Bu məqaləni yazan antiazərbaycan qüvvələrin və ünsürlərin sadəcə yuxularına haram qatıldığından onlar bu cür qarayaxma kampaniyasına yenidən start veriblər. Onların yuxularına ona görə haram qatılıb ki, Azərbaycan bu gün çox sürətlə inkişaf etməkdədir. Bu gün siz təsəvvür edin ki, Azərbaycan dünyanın diplomatik mərkəzlərindən birinə çevrilməkdədir. NATO-nun Ali rəhbərliyi ilə Rusiyanın Ali rəhbərliyi artıq üçüncü dəfədir ki, Azərbaycan paytaxtında görüş keçirirlər. Təkcə öz aralarında deyil, dünyanı narahat edən ən qlobal təhlükəsizlik məsələlərini məhz nə Stokholm-da, Brüsseldə, nə də Cenevrədə deyil, məhz Azərbaycanın paytaxtı Bakıda müzakirə edirlər. Niyə Bakıda? Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev elə bir düzgün siyasət, müstəqil siyasət həyata keçirib ki, Bakıya Moskva, Vaşinqton da dost kimi baxır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti bu görüşlə bağlı söylədi ki, “Azərbaycan Rusiya, NATO ilə də dostdur. Biz çox istərdik ki, bizim dostlarımız da öz aralarında dost olsunlar”. Bax görün necə böyük bir ismarıc və böyük mənası olan bir fikirdir. Məhz bunu Azərbaycanı sevməyən qüvvələr həzm edə bilmirlər. Beləcə onların yuxularına haram qatılır.
Ölkə başçısının yeritdiyi çox uğurlu, çevik, balanslı və hücum praktikasına söykənən xarici siyasət kursu sayəsində bu gün bizim Rusiya ilə münasibətlərimiz çox yüksək inkişaf səviyyəsinə gəlib çatıb. Eləcə də Türkiyə ilə münasibətlərimiz dövlətlərarası münasibətlər necə olmalıdır sualına cavab verə biləcək bir unikal səviyyədədir. Həmçinin bizim İran dövləti ilə münasibətlərimiz yüksək inkişaf səviyyəsindədir. Eyni zamanda Avropa İttifaqı ilə münasibətlərimiz dinamik inkişaf tempinə malikdir. Avropa İttifaqının 9 dövləti ilə bizim strateji tərəfdaşlıq münasibətlərimiz var. Avropa İttifaqı Azərbaycanla “tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalayıb. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını növbəti dəfə tanıyıb. Anoloji qərarı NATO-nun Brüssel Sammitində qəbul edilir və onun yekun sənədində münaqişənin həlli ilə bağlı məhz bu mövqe ortalığa qoyulur. Xalqımız bütün bunları görür və çox gözəl dərk edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB