Özbəkistan Prezidenti mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət başçısı İslam Kərimovun Fərmanı ilə bundan əvvəl Baş nazirin müavini, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri işləmiş Elyor Qəniyev Baş nazirin müavini, xarici işlər naziri təyin olunub. SİA-nın xəbərinə görə, bundan əvvəl XİN-in rəhbəri olmuş Vladimir Norov isə nazirin birinci müavini vəzifəsini tutub.
Dövlət başçısının digər fərmanı ilə xarici iqtisadi əlaqələr, investisiya və ticarət nazirinin birinci müavini işləmiş Qalina Saidova bu nazirliyin rəhbəri təyin edilib.
Xatırladırıq ki, Elyor Qəniyev 2005-ci ildə xarici işlər naziri vəzifəsini tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB