"Münasibətlərinin kəskinləşməsi erməni xislətindən irəli gəlir" ÖZƏL-ŞƏRH

"Münasibətlərinin kəskinləşməsi erməni xislətindən irəli gəlir" ÖZƏL-ŞƏRH

"Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi erməni xarakterindən irəli gəlir. Yəni hələ Paşinyandan da öncə erməni xislətində sürüşkənlik və xəyanət olub. Necə ki, onlar Osmanlı dövlətinə xəyanət etmişdilər və düşmən tərəfə meyillənmişdilər indi də Rusiya embarqolara məruz qaldıqca, çətinliklərlə üzləşdikcə o sürüşkənlik də özünü göstərir". Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

"Təbii ki, bu Rusiya rəsmilərinin çıxışlarında da qeyd olunur. Hətta Rusiyanın Baş Qərargah rəisi qeyd etdi ki, KTMT haqqında müqavilə ancaq Ermənistana aiddir. Onun Qarabağa heç bir aidiyyatı yoxdur. Yəni bununla Rusiya Ermənistana bildirdi ki, “mən əlimi çəksəm, sən əvvəlki işğalçılıq siyasətini yeridə bilməyəssən və Azərbaycan öz torpaqlarını qısa müddətdə azad edəcək”. Paşinyan rejimi gəldikdən sonra isə bu soyuqluq daha da artdı. Bu gün Avropa Birliyi Ermənistana yardım adı ilə pul ayırır. Amma o pulun da təyinatı tamamilə Rusiyanın əleyhinə olmalıdır. Ona görə də tez-tez səsləndirilir ki, Rusiya hərbi bazaları Ermənistandan çıxarılmalıdır. Bu mənada Rusiya rəsmiləri artıq öz hərəkətləri ilə Ermənistana mesajlar göndərirlər. Məsələn, Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Paşinyanı təbrik etməmələri bir daha onu göstərir ki, Rusiya Ermənistanın indiki siyasətindən narazıdır. Bu narazılığın artması fonunda da Azərbaycan Rusiya, Belarusiya, Qazaxıstanla münasibətləri daha da yaxşılaşdırması onu göstərir ki, Azərbaycan KTMT-də yoxdur amma həmin Təşkilatda olan dövlətlərin çoxu ilə dostluq əlaqələri var”-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə