İsraildə sərnişin qatarında yanğın baş verib. SİA-nın xəbərinə görə, hadisə ölkənin paytaxtı Təl-Əviv şəhəri istiqamətində hərəkət edən "İsrail Dəmiryolları" şirkətinə məxsus qatarda qeydə alınıb. Hadisə nəticəsində təxminən 121 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Qatarın mühərrik hissəsində başlayan yanğın ən azı 3 vaqona yayılmış və bir neçə partlayış hadisəsinə səbəb olub. Dərhal hadisə yerinə cəlb edilmiş xilasedicilər sərnişinlərin təxliyyəsini həyata keçiriblər. İlkin ehtimala görə, yanğının baş verməsinə qısaqapanma səbəb olub.
Hadisə yerində müvafiq işlər görülüb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB