Nursultan Nazarbayevin prezidentlik müddəti uzadıla bilər

Nursultan Nazarbayevin prezidentlik müddəti uzadıla bilər

Qazaxıstan parlamenti prezident Nursultan Nazarbayevin prezidentlik müddətinin 2020-ci ilədək uzadılmasına dair referendum çağırıb. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, belə bir təşəbbüslə bu gün çıxış edən Aşağı Palatanın nümayəndələri bu qərarı qəbul etməklə, populyar prezidentin 2012-ci ilə seçkilərində iştirakına ehtiyac olmayacağını deyirlər. Prezidentin ofisi isə məsələ ilə bağlı mövqeyini bildirməyib. 70 yaşlı

Nazarbayev 20 ildir ki, olkəyə rəhbərlik edir. Parlamentin Aşağı Palatası praktiki olaraq prezidenti dəstəkləyir. Müxalifətin bir yer də ala bilmədiyi Palatada hakim partiya dominant qüvvədir.

Bütün xəbərlər Facebook səhifəmizdə