Erməni tikəsinə “yağ sürtənlər” buna görə cavab verəcəklər? İFŞA+FOTO

Erməni tikəsinə “yağ sürtənlər” buna görə cavab verəcəklər? İFŞA+FOTO

Yaxud, faktlar, dəlillər, sübutlar ortadadır...

İstər ölkə daxilində, istərsə də xaricdə Azərbaycan dövlətinin maraqlarına qarşı çıxan və bununla bir sıra xarici təşkilatlara agentlik edənlərin arxasında dayanan daha bir siyasi “gücün” erməni lobbisi olması kimsəyə sirr deyil.

Ümumiyyətlə, bu barədə danışarkən, hər hansı bir məsələni ictimailəşdirərkən, başda AXCP sədri Əli Kərimli olmaqla, onun Avropaya göndərdiyi “siyasi mühacirləri”, daha dəqiq desək, “söyüş müxalifəti” dərhal Azərbaycan hakimiyyətinin onlar barədə “sözünün qurtardığını”, bu səbəbdən də fəaliyyətlərini erməni lobbisinə “bağladığını” iddia edirlər. Halbuki, istər bu gün, istərsə də daha öncələr Ermənistan KİV-ləri dəfələrlə bu xəyanətkarların Azərbaycan dövləti əleyhinə apardıqları işlərini öz səhifələrində tirajlayıblar. Yəni fakt budur ki, bu gün ermənilərin anti-Azərbaycan fəaliyyətlərinin əsas dəstəkçilərindən biri də satqın, xəyanətkar və heç bir mənəvi dəyərlərə sahib olmayan, eləcə də müxalifətçilik adını belə daşımağa layiq olmayan dırnaqarası “müxalifətdir”.

Azərbaycanda görülən işləri və nailiyyətlərimizi gözdən salmaq, bizi hər addımda izləyən ermənilərə yarınmaq üçün demək olar ki, gündəlik məlumat ötürürlər

Bu gün Almaniyanın, Hollandiyanın, Fransanın, Belçikanın küçələrində sözün əsl mənasında sülənən “söyüş müxalifəti” aldığı sifarişlər əsasında ən alçaq üsullara belə gedərək, nə qədər şərəf və ləyaqət məfhumlarından uzaq olduqlarını isbatlayırlar. Məhz bu baxımdan, onların ermənilərə işləməklərini sübut etmək olar. Beləliklə, fakt budur ki, onlar Azərbaycanda görülən işləri və nailiyyətlərimizi gözdən salmaq, bizi hər addımda izləyən ermənilərə yarınmaq üçün demək olar ki, gündəlik məlumat ötürürlər. Bunun isə əvəzində bilavasitə erməni lobbisinin nəzarətində olan xarici təşkilatlardan qrantlar qazanırlar. Bu sıralamada Əli Kərimli ilə yanaşı, Aslan İsmayıl, Xədicə İsmayıl, Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Leyla Yunus, Arif Yunus, Sevinc Osmanqızı, Emin Milli, Emin Hüseynov, Həbib Müntəzir, Vidadi İsgəndərli və digər mənəviyyatsız, erməni tikəsinə “yağ sürtən” ünsürlərin adlarını sadalamaq mümkündür.

Bu kimi məxluqatlar gec, ya da tez öz çirkin əməllərinə görə məhz Azərbaycan xalqının qarşısında mütləq cavab verməli olacaqlar

Sözügedən faktları təqdim etməkdə əsas məqsədlərdən biri də budur ki, siyasi billgiləri olmayan, yaxud yetərli qədər olmayan gənclər belə anti-milli ünsürlərin haray-şivənlərinə uymasınlar, əksinə, Azərbaycan dövlətinin maraqlarını qoruyaraq, onlara qarşı vahid şəkildə birləşib, mübarizə aparsınlar. Çünki bu gün düşmən erməniyə “kompromatlar” ötürənlər sabah daha ağır xəyanətlər edərək, dövlətimizin maraqlarına xələl vura bilərlər. Eyni zamanda, hər kəs bilməli və anlamalıdır ki, bu kimi məxluqatlar gec, ya da tez öz çirkin əməllərinə görə məhz Azərbaycan xalqının qarşısında mütləq cavab verməli olacaqlar. Buna isə kimsənin şübhəsi olmamalıldır!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə