Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub - TƏDBİR
Bu gün "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdim olunması mərasimi keçirilib.
Mərasim Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.
Bildirilib ki, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. Respondentlərdən "2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?" sualını cavablandırmaq xahiş edilmişdi. Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edib. 1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə ümummilli lider Heydər Əliyevə təqdim olunub.
Sonra mükafat Prezident İlham Əliyevə təqdim edilib.
Dövlətimizin başçısı mərasimdə geniş çıxış edib. Prezident müstəqil mətbuatımızın inkişafına bir daha nəzər salaraq qeyd edib ki, Azərbaycan mətbuatı öz inkişafını ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə dövlət tənzimlənmə mexanizminin – senzuranı aradan qaldırdıqdan sonra daha sürətlə davam etdirib. Yazılı və elektron mediaya qayğı, bu sahənin hərtərəfli inkişafı dövlətin prioritet sahələrindən olub.
Mərasimdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB