Lənkəranda Bayram Yarmarkası təşkil olunub

Lənkəranda Bayram Yarmarkası təşkil olunub

Bu gün Lənkəranda Yeni il və Dünya Azərbaycanlılarının həmirəylik günü ərəfəsində Bayram yarmarkası keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Rüstəm Qurbanovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, satışa əhalinin tələbatına uyğun olaraq kənd təsərrüfatı və sənaye məhsulları çıxarılıb.

Şəhərin dəmiryol vağzalı ərazisindəki meydanda təşkil olunan yarmarkada, ümumilikdə yerli sakinlərə 200 tondan artıq müxtəlif adda kənd təsərrüfatı və yeyinti məhsulları təklif olunub. Yarmarkada minlərlə rayon sakini bayram alış-verişi edib. Keyfiyyəti, ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiyməti bazar qiymətindən 20-30 faiz aşağı olub.

Qeyd edək ki, bazarlarda süni qiymət artımının qarşısını almaq məqsədi daşıyan satış yarmarkası axşam saatlarınadək davam edib. Bayram yarmarkasına təkcə Lənkərandan deyil, Respublikanın ayrı-ayrı rayonlarından onlarla şirkət qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə