Dekabrın 31-də Dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil olunacaq

Dekabrın 31-də Dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil olunacaq
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda dekabrın 31-də möhtəşəm atəşfəşanlıq təşkil olunacaq. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyəti qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə hər kəsi ürəkdən təbrik edir və bu münasibətlə təşkil olunacaq möhtəşəm atəşfəşanlığı seyr etmək üçün insanları 31 Dekabr saat 24:00-da Dənizkarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə