““Söyüş qrupu”nun üzvlərinin əməlləri cavabsız qalmamalıdır” AÇIQLAMA

““Söyüş qrupu”nun üzvlərinin əməlləri cavabsız qalmamalıdır” AÇIQLAMA

“Azərbaycan Respublikasının hər bir vətəndaşı öz dövlətini sevməlidir. Bu dövlətçiliklə, təfəkkürlə bağlı olan bir məsələdir”. Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, dünyanın elə bir ölkəsi ola bilməz ki, vətəndaş ölkəsinə və dövlətinə qarşı mübarizə aparsın: “Avropadakı “siyasi mühacirlər” ölkəmizə qarşı düşmən mövqe sərgiləməklə, milli mənsubiyyətlərində şübhəli məqamlar qoyurlar. V.İsgəndərli, M.Mirzəli, Q.Məmmədov, R.Piriyev və digərləri anti-Azərbaycan mövqeyi sərgiləməklə erməni dəyirmanına su tökürlər. Düşünürəm ki, “söyüş qrupu”nun üzvlərinin əməlləri cavabsız qalmamalıdır. Qanuna müvafiq şəkildə onlara qarşı tədbirlər görülməlidir. Bu ölkədə göz açan, suyunu içib, çörəyini yeyən hər bir azərbaycanlı harda yaşamasından asılı olmayaraq öz dövlətinə qarşı sədaqət nümayiş etdirməlidir. Dövlətə qarşı antipatiyanın formalaşması və ona müqavimət hərəkatının yaradılması başa düşülən deyil. Bir sözlə, heç kim öz dövlətinə qarşı çirkin kampaniya aparmamalı və yersiz hərəkətlər etməməlidirlər. Bu bir aksiomadır ki, dövlətinə qarşı hərəkata, hansısa birliyə qoşulanlar və anti-təbliğat kampaniyası aparanlar heç bir vaxt nüfuz sahibi ola bilməzlər. Sadəcə olaraq, bunlar bir müddət bir alət kimi istifadə olunur və sonra da atılırlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə