“Ağaları sifariş verir və “siyasi mühacir” də yerinə yetirirlər” AÇIQLAMA
“Adları çəkilən şəxslərin ölkəmiz və dövlətimiz əleyhinə şər-böhtan və təhqiramiz ifadələr, fikirlər səsləndirib yaymalarının bir çox səbəbləri var”. Bunu SİA-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, bu səbəblərdən biri də Azərbaycanın dünya dövlətləri arasında qazandığı hörmətə, nüfuza kölgə salmaqdan ibarətdir: “Avropada “söyüş qrupu”nun üzvləri olan bu insanlar ölkəmizin mənafeni, maraqlarını heç vaxt düşünməyiblər. Faktlar təsdiq edir ki, Vidadi İsgəndərli, Orduxan Teymurxan, Məhəmməd Mirzəli və digərlərinin ölkəmizə qarşı apardıqları çirkin kampaniyanı sifariş əsasında həyata keçirilər. Çünki ağaları sifariş verir və “siyasi mühacir” də yerinə yetirirlər. Ümumiyyətlə, adları çəkilən şəxslərin və onların ağalarının Azərbaycan dövləti ilə bağlı xoşagəlməz planları heç vaxt baş tutmayıb və bundan sonrada baş tutmayacaq. Pislik elə onların özlərinə qalacaq. Heç bir qüvvə ölkəmizin əldə etdiyi uğurlara kölgə sala bilməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB