Bütün bayramlarda olduğu kimi bu dəfə də əhali arasında yeni ili Bakıda və ya bölgələrdə keçirmək istəyənlərin sayı yetərincədir. Bu vəziyyətdə xüsusən dəmiryolu nəqliyyatında sıxlıq yaranır. Ancaq ötən ilki bayramlardan fərqli olaraq bu il dəmiryolunda hələlik sərnişin sıxlığı yaşanmır.
Qərb bölgəsindən Bakıya və ya əks istiqamətə hərəkət edən vətəndaşların rahatlığını təmin etmək üçün "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin "Sərnişindaşıma" İstehsalat Birliyi gücləndirilmiş iş rejiminə keçib.
Gəncə Dəmir Yolu Vağzalının rəisi Zahid Xəlilovun SİA-nın qərb bürosuna verdiyi məlumata görə, paytaxta, həmçinin qərb bölgəsinə sərnişinlərin sıxlığı nəzərə alınaraq qatarlara əlavə vaqonlar qoşulub. Eyni zamanda MDB ölkələrinə gedən qatarların bəzi vaqonları da xətdən çıxarılaraq ölkədaxili xətlərə qoşulub.
Adi günlərdən fərqli olaraq bayramda sərnişinlərin sayı iki dəfə çox olur. Barəsində danışdığımız nəqliyyat növünün ucuz və rahat olması isə tələbatı artıran digər amillərdəndir.
Hazırda Gəncə Dəmir Yolu Vağzalının xidmətindən gün ərzində 150-dən artıq sərnişin istifadə edir. Dəmiryolu sahəsində gücləndirilmiş iş rejimi yanvar ayının 8-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB