QHT-lərə Dövlət Dəstəyi Şurası Lənkəranda məlumatlandırma sessiyası keçirib
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası Bakı Biznes Mərkəzinin Lənkəran Nümayəndəliyində ictimai məlumatlandırma sessiyası keçirib. SİA-nın cənub bürosunun məlumatına görə, rayonda fəaliyyət göstərən QHT rəhbərlərinin və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbiri Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev giriş sözü ilə açaraq QHT-lərin rayonun ictimai və siyasi həyatındakı rolundan danışıb.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərinə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı direktoru Fərasət Qurbanov çıxışında tədbirin məqsəd və məramına toxunaraq vurğulayıb ki, Şura hər il ənənəvi olaraq ölkənin regionlarında özünün fəaliyyəti, QHT-lərə maliyyə yardımı müsabiqələri, onun qaydaları və şərtləri haqqında, keçirilən ictimai məlumatlandırma sessiyalarda həyata keçirilən layihələr, vətəndaş cəmiyyətinin inkişafı sahəsində ölkədə görülən işlər, dövlətin vətəndaş cəmiyyətinə verdiyi dəstək və bu dəstəkdən QHT-lərin istifadə etmə imkanları ətraflı müzakirə edilir.
F.Qurbanov Qarabağ mövzusunun daim diqqətdə saxladıqlarını bildirərək qeyd edib ki, bu istiqamətdə 7 sənədli filmin və 14 kitabın müxtəlif dillərdə nəşr olunduğunu söyləyib.
Tədbirdə qeyd olunub ki, 2010-cu ildə QHT-lərin hazırladığı 340-dan çox layihənin icrasına dövlət tərəfindən 2 milyon 36 min manat vəsait ayrılıb. 2011-ci ildə bu məbləğin 2 milyon 750 min manata çatdırılması nəzərdə tutulub.
Sonda təkliflər səsləndirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB