“Söyüş müxalifəti”nin siyasi sığınacaq xəyalları puç oldu ANALIZ

“Söyüş müxalifəti”nin siyasi sığınacaq xəyalları puç oldu ANALIZ

Onların küt və yararsız mexanizmləri istədikləri effekti vermir

Avropada və digər ölkələrdə məskunlaşmış və saxta “siyasi mühacir” adı altında “söyüş müxalifətçiliyi” edən qrupların son zamanlar daha da fəallaşmaları arxasında dayanan qaranlıq məqsədlər üzə çıxmağa davam edir. Belə ki, əsas hədəf olaraq, Azərbaycan hakimiyyətinin rəhbər şəxslərinə qarşı ağızlarına gələn iftira və təhqirləri sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirən bu ünsürlər xüsusilə, Prezidentin köməkçisi Əli Həsənova qarşı çirkin və heç bir mənəvi dəyərlərə sığmayan kampaniyaya start veriblər. Lakin fakt budur ki, onların “ipləri” Azərbaycan dövləti əleyhinə işləyən xarici təşkilatların və bu təşkilatlarla sıx bağlılıqları olan erməni lobbisinin, eyni zamanda, separat dairələrin əllərindədir. Daha dəqiq desək, Avropada oturum izni almaq məqsədi güdən və bu məqsədlərini reallaşdırmağa cəhd edən Rəfail Piriyev, Əli Oğuz, Azər Kazımzadə tipli məxluqlar sözün əsl mənasında heç bir insanlığa sığmayan ən alçaq metodları istifadə mexanizminə çevirməkdədirlər. Ancaq onların bu kimi küt və yararsız mexanizmləri istədikləri effekti vermir.

Onların yalan və şər-böhtanları vaxtilə özlərinə yaxın olan digər şəxslər tərəfindən ifşa olunur

Yeri gəlmişkən, cənab Əli Həsənov onların fəaliyyətlərini ifşa edən və kifayət qədər dəqiq faktlara əsaslan faktlarla çıxış edib və bu ünsürlərin iç üzlərini bütün çılpaqlığı ilə ortaya qoyub. Məhz bu faktların ardınca, daha da azğınlaşan adıçəkilən məxluqlar daxillərindəki quduzluq hisslərini yenidən “klaviatura qəhrəmanlığı” şəklində, eləcə də şər-böhtançılıq yolları ilə monitorlara yağdırıblar.

Bu arada, ölkə mətbuatında yazılan dəlillər və faktlar da bu cür qənaətə gəlməyə zəmin yaradır ki, əllərində “faktların” olduğunu iddia edən ünsürlər əslində, heç bir faktlara sahib deyillər və sadəcə, yuxarıda qeyd edilmiş məqsədlərinə çatmaq üçün blef edirlər. Lakin bu bleflər nəticəsiz qalır. Özü də onların yalan və şər-böhtanları elə vaxtilə özlərinə yaxın olan digər şəxslər tərəfindən ifşa olunur.

Belə ki, bugünlərdə guya adının çəkilməsini istəməyən Göyçaydakı bir müxalifətçi A.Kazımzadəyə Fransada saxta “siyasi mühacir” adı altında məskunlaşmışVidadi İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı məlumat ötürüb, həmin məlumatda qəbrin təhqir olunmasında isə guya Əli Həsənovun rolunun olduğunu iddia edib.

Əlahəzrət fakt bütün kartları açır, onlarda isə nə fakt var, nə də kartları açmaq üçün danılmaz dəlil

Digər tərəfdən, adları çəkilən hər üç “siyasi mühacir” “Sfera.az” saytının baş redaktoru, “Azerbaijan-Azerbaycan” səhifəsinin idarəçisi Emil Məmmədovun məzarı murdarlaması barəsində əllərində faktların olduğunu bildirirlər. Halbuki, bu günlər ərzində dəfələrlə edilən təkidlərə baxmayaraq, bir fakt belə ortalığa qoymayıblar və bundan sonra da qoya bilməyəcəklər. Çünki əlahəzrət fakt bütün kartları açır, onlarda isə nə fakt var, nə də kartları açmaq üçün danılmaz dəlil. Bu baxımdan, bəlli hay-küylər sadəcə, blef məqsədli həyasızlıqlardır ki, buna da el arasında fahişə-şivənlik deyirlər...

Ancaq həmin ünsürlər barədə onlardan fərqli olaraq bir sıra faktlar ortya qoyulmaqda davam edir. Misal üçün, məlum olub ki, Ə.Oğuz və R.Piriyev Almaniyadan oturum almaq üçün yerli hakimiyyət orqanlarından imtina cavabı alıblar və onların digər ölkəyə, həmçinin Azərbaycana deportasiya təhlükəsi var. Eyni zamanda, Gürcüstandan Almaniyaya getməyə çalışan separatçı A.Kazımzadə də buna nail ola bilmir. Beləliklə, bu üzdən hər üç “siyasi mühacirin” Azərbaycana yollarını tamam bağlamaq və öz ölkələrində onları ciddi təhlükələrin gözlədiyi barədə görüntü yaratmaq üçün bu cür çirkin oyunlar oynadıqları artıq kifayət qədər sübuta yetirilib. O cümlədən, A.Kazımzadənin guya Göyçaydan adı məlum olmayan (?-R.R.) kiminsə V.İsgəndərlinin atasının qəbrinin təhqir olunmasında Azərbaycan dövləti rəhbərliyinin rolunun olduğu barədə məlumat ötürdüyü barədə xəbər yaymasının reallıqda qurduğu ucuz şounun tərkib hissəsi olduğu qeyd edilib.

Yəni dəlillər ortaya çıxdıqca, əsas məlum olan məqsədlər bunlardır:

1. Həmin ünsürlər Azərbaycanın dövlət və hökumət rəsmilərinə qarşı hər cür iyrənc metodlardan istifadə edərək, qarşı tərəfdən reaksiyalara nail olmağa çalışırlar.

2. Reaksiya verilən kimi, onlar “siyasi mühacir” adı altında yaşadıqları ölkələrin miqrasiya orqanlarına məlumat verib, həmin materialları özlərinə qarşı təhdid kimi qiymətləndirilməsini tələb edirlər.

3. Siyasi sığınacaq almaq üçün bu prosesi davamlı şəkildə həyata keçirməyə cəhd edir, hətta sosial şəbəkələrdə saxta profillər yaradıb, öz statuslarına qarşı əks-statuslar yazır və bunu “hakimiyyətin trolları” kimi qələmə verirlər. Bu vasitə ilə Azərbaycanın dövlət rəhbərliyinin onlara qarşı hücum etdiyini bildirirlər.

Mətanət Əzizova: “İndidən rəylərdə gic-gic şeylərlə mənə ləkə yaxa bilərsiniz... Bu mövzu ətrafında siyasi oyun haqda yazacam”

Bu arada, Çexiyada yaşayan və vaxtilə onlarla əlbir olan Mətanət Əzizova adlı şəxs onların iç üzlərini ifşa edən statusla çıxış edib. Belə ki, M.Əzizova, Facebook profilində paylaşdığı bəlli statusunda V.İsgəndərlinin atasının qəbrinin təhqir olunması il bağlı yayılan saxta məlumatın bəzi mühacirlər tərəfindən tirajlanmasının təsadüf olmadığını göstərib. “Almaniyadan sığınacaq ala bilməyən həmvətənlərim saxta məlumatı əllərinə alıb yeni oyuna başladılar”, yazan bu şəxs əlavə edib ki, həqiqətləri üzə çıxarması qarşı tərəfin ona hücumları ilə nəticəsini tapıb: “Çox əsəbi halda status, rəylər yazırlar, etirazlarını bildirirlər, özü də bilə-bilə ki, məlumat yalandır. İndidən rəylərdə gic-gic şeylərlə mənə ləkə yaxa bilərsiniz. Ona görə ki, söhbət Vidadi İsgəndərli, Emil Məmmədov və Əli Həsənov haqda yayılmış məlumatdan gedir. Bu mövzu ətrafında siyasi oyun haqda yazacam”.

Emil Məmmədov: “Separatçı Azər Kazımzadəni dəfələrlə debata çağırdım, dedim ki, sübutlarını təqdim et. Dərhal məni blok etdi”

Eləcə də A.Kazımzadə, Ə.Oğuz və R.Piriyevin şər-böhtanları, hədə və təhdidləri ilə qarşılaşan E.Məmmədov sözügedən məsələ ilə bağlı mətbuata açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, son günlərdə bu üç şəxs onun üzərinə hücuma keçiblər. “Guya bunların əllərində fakt var ki, Vidadi İsgəndərlinin atasının məzarını mən murdarlamışam. Əgər fakt varsa, buyurun təqdim edin”, yazan E.Məmmədov həmçinin bildirib ki, bunlara yazanda onu dərhal bloka atdılar: “Albomumdan fotolarımı oğurlayaraq üzərində təhqiramiz ifadələr yazaraq paylaşırlar. Separatçı Azər Kazımzadəni dəfələrlə debata çağırdım, dedim ki, sübutlarını təqdim et. Dərhal məni blok etdi. Mətanət xanım o statusu tam əminliklə yazıb. Ona Almaniyadakı tanışları vasitəsilə məlumat verilib. Əli Oruc və Rəfail Priyevə Almaniyada oturum verilmədiyi faktı ortadadır. Azər Kazımzadə isə Gürcüstandan Almaniyaya getmək istəyir. Guya Gürcüstanda onun həyatına təhlükə var. Əli Oğuza salam yazmışam. Status yazıb ki, hər an öldürülə bilər. Ardınca da yazır ki, Emil Məmmədov mənə “salam”yazır, Almaniyadakı idmançı şəxslərə məni döydürə bilər”.

Uydurma videolar…

O cümlədən statusda yazılıb ki, həmin şəxslər əlbirdirlər və hədəf seçilməsi üçün əllərində səbəb var. “Bu şəxslərin üçü də əlbirdir. 2014-cü ildə Vidadi İsgəndərli ilə problemim olub. Daha çox bunun üçün məni hədəf seçiblər. Məzar söhbətində iddia edir ki, guya dayım uşaqları həbs olunub. Bu tamamilə yalandır. Videoda adı çəkilən şəxsin danışığının ümumiyyətlə, göyçaylılara dəxli yoxdur. Elə bir ləhcə Göyçayda yoxdur. Uydurma bir videodur. Vidadi İsgəndərlinin atasının məzarı ilə bağlı ikinci bir video paylaşıldı. O videodakı məzarla murdarlanan məzar arasında fərqlər kifayət qədər çoxdur. Bir məzarın kənarları dəmirlə, digəri betonla hasarlanıb”.

Beləliklə, fakt budur ki, artıq hər şeydən əlləri üzülmüş, eləcə də siyasi sığınacaq ala bilməyəcəklərini dərk edən bu məxluqlar nə edəcəklərini bilmirlər və dalana dirəndiklərinin də fərqinə varmağa başlayıblar. İndi onlara sərgilədikləri təhqir və söyüş kampaniyaları da təsir göstərmir. Nəzərə alarsaq ki, artıq sağlam düşüncəli ictimai rəy də bu kimi ünsürlərin müvafiq cəzalandırılma tələbləri ilə geniş çıxışlar edirlər, bu zaman onların “quyruqlarının qapı arasında qalması” amili daha çox nəzərə çarpmağa başlayır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə