Müdafiə Nazirliyi Milli Ordunun əsgərlərinin minaya düşməsi ilə bağlı məlumat yayıb
Azərbaycan Müdafiə Nazirliyi Milli Ordunun əsgərlərinin minaya düşməsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya daxil olan məlumatda bildirilir ki, hadisə dekabrın 28-də saat 18.00 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında qeydə alınıb.
Mina partlaması nəticəsində 2009-cu ilin oktyabrında Qusar Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü əsgər Yunisov Sahil Dadaşbala oğlu həlak olub.
2010-cu ilin aprelində Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1992-ci il təvəllüdlü əsgər Seyfullayev Amid Mərdan oğlu isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB