Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Ağstafada ölümlə nəticələnən yol qəza hadisəsi baş verib. Ağstafa rayon Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Soyuq-Bulaq kəndi ərazisində Köçvəli kənd sakini Səyali İbrahimovanı maşın vurub.

Qəza zamanı piyada dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçdığından onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hazırda polis sürücünün axtarışına başlayıb.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə