Görünən kəndə bələdçi lazım deyil TƏHLİL

Görünən kəndə bələdçi lazım deyil TƏHLİL

Senatorların da, Merin də, Konqres üzvlərinin də məktubu Ermənistandakı qanunsuzluqlara demokratiya donu geyindirə bilməz

Ermənistana məxsus Kütləvi İnformasiya Vasitələri ABŞ Konqressinin bir neçə üzvünün baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyana ünvanladığı məktubunu 9 dekabr tarixində keçirilən seçkilərin müstəqil və ədalətli keçirilməsi münasibətlilə göndərilməsi donu geyindirməyə xüsusi canfəşanlıqla çalışır. İşğalçı dövlətin mətbuat orqanlarının niyyəti tam şəkildə aydındır və məqsəd, rəqiblərə təzyiqlərin edilməsindən tutmuş, saysız-hesabsız seçki pozuntularına qədər Paşinyanın bütün qanunsuz əməllərini ört-basdır etmək, əvəzində dövlət çevrilişini demokratiyanın qələbəsi kimi sırımaqdır.
İşğalçı dövlətə məxsus tert.am saytında Edvard Markin, Cek Rid, Şeldon Uaytxaus kimi ermənipərəst senatorlar, eləcə də, ABŞ Konqresinin erməni məsələləri üzrə həmsədrləri Frenk Pallone, Deyv Trot, Devid Valadao, Ceki Stip, həmçinin Qus Bilirakis və Adam Şiff tərəfindən ölkə konstitusiyuasının tərif olunduğu qaeyd olunur. Hətta, bu ermənipərəstlərin Ermənistanda idarəetmə formasının sülh və demokratik şəkildə əhəmiyyətli dərəcədə dəyişdirildiyini iddia etmələrini də yazmaqdan çəkinmir tert.am.

Ermənistanda nə baş verdiyini senatordan, merdən eşitməklə heç kimdə “erməni demokratiyası” kimi fikir formalaşdırmaq mümkün deyil

Məsələ burasındadır ki, sözügedən erməni saytının özündə də bu şəxslərin erməni məsələləri üzrə həmsədr, sədr və yaxud hər kimsə, olduğu, bir sözlə, ermənipərəst olması etiraf olunur. Bu halda, həmin şəxslərin fikirlərinin kimin üçün mahiyyət kəsb etdiyi bəlli olur və ermənilərdən başqa heç kim bu adamların fikirlərini hesaba alacaq deyil. Konqres üzvü olmur, kim olur-olsun, həmin şəxslərin mövqeyi artıq kiminçünsə əhəmiyyətli ola bilməz və Ermənistanda nə baş verdiyini senatordan, merdən eşitməklə heç kimdə “erməni demokratiyası” kimi fikir formalaşdırmaq mümkün deyil. Çünki, Ermənistanda nələr baş verdiyi, Paşinyanın hakimiyyət uğrunda hansı oyunlardan çıxdığı sirr də deyil və hamı artıq bunu bilir.
Digər tərəfdən, keçə nümayişçisi gəlişi ərəfəsindən bu günə qədər yalnız inqlablar, idarəedilməz kütlənin küçədə törətdikləri dağıntılar, rəqiblərə təzyiq və təhdidlərlə yadda qalıb və indi bu avantüristin erməni cəmiyyətinə sülh gətirdiyini bu ermənipərəstlərdən başqa kim söyləyə bilər? Yaxud, onların dediklərinə kiminsə inanacağına işğalçı dövlətə məxsus media əmindirmi ki, təbrik məktubu adı altında bu qədər şişirdilmiş şəkildə təşviqata xüsusi yer ayırır?

Ermənistana məxsus Kütləvi İnformasiya Vasitələri dərk etməlidirlər ki, təşviqat xarakterli belə yalanlarla yalnız özlərini aldada bilərlər

Yaxud, erməni KİV-ləri bu nümayişçinin dövlət çevrilşinəmi görə, yoxsa, seçkilərin saxtalaşdırılmasınamı görə onu “demokrat” kimi qələmə verməyə çalışır? Bəlkə, demokratik yolla hakimiyyət qurulmasından dəm vuran bu erməni mətbuatı öz yalanlarını indi də senatorların köməyi ilə “göyərtməyə” çalışırlar? Qeyd etdiyimiz kimi, istər senator olsun, istər də mer, bu yalanı kim söyləyir söyləsin, buna inanan da yoxdur və görünən kəndə bələdçi lazım deyil. Senatorların da, Merin də, Konqres üzvlərinin də məktubu Ermənistandakı hakimiyyət uğrunda mübarizəyə demokratiya donu geyindirə bilməz.
İstər erməni cəmiyyəti, istər erməni lobbisi, istərsə də Ermənistanın regional təhlükəsizlik və iqtisadi cəhətdən çiçəklənəcəyinə guya ümid bəsləyən bütün ermənipərəst konqresmenlər bilməldirlər ki, belə mənasız və əsassız fikirlərlə ictimaiyyəti nə aldatmaq mümkün olmayacaq, nə də səfalət içərisində olan Ermənistanı ayağa qaldırmaq, dirçəltmək. Ermənistana məxsus Kütləvi İnformasiya Vasitələri isə kimlərisə aldatdıqlarını zənn edirləsə, bərk yanılırlar və dərk etməlidirlər ki, təşviqat xarakterli belə yalanlarla yalnız özlərini aldada bilərlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə