Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2010-cu il "Ekologiya ili" elan edilib. Bu il çərçivəsində bütün idarə və müəssisələrdə, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında bir sıra tədbirlər həyata keçirilmiş, müxtəlif mövzularda layihələr reallaşdırılıb. Artıq "Ekologiya ili" başa çatmaq üzrədir. Bu münasibətlə həyata keçirilən tədbirləri də ilin yekun tədbiri adlandırmaq olar. SİA-nın xəbərinə görə, "Zəngi" liseyində "Ana təbiəti qoruyaq" mövzusunda növbəti tədbir keçirildi,bu sahədə il ərzində görülən işlərə yekun vuruldu.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Bayram Heydərov dövlət başçısı İlham Əliyevin " Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su- bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir" fikrini önə çəkərək bildirdi ki, sağlamlığımızı təmin etmək üçün ilk növbədə təbiəti sağlamlaşdırmaq gərəkdir. İnsanla təbiətin qarşılıqlı münasibəti ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.
Çıxışda bir fikir də qeyd edildi ki, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olununmasına, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirib. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. 2010-cu ilin "Ekologiya ili" elan edilməsi də buna əyani sübutdur.
"Zəngi" liseyi Valideyn-Müəllim Assosiasiyasının rəhbəri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında bildirdi ki, hər bir Azərbaycan vətəndaşı təbiəti mühafizə siyasətinə, ekoloji mədəniyyətə, təbii resursları qorumağa və qənaətlə istifadəyə yönəldilən tədbirləri dəstəkləməli, səylərini daha da artırmalıdırlar.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ekoloji tədbirlərin görülməsi ancaq "Ekologiya ili" ilə məhdudlaşmamalıdır. Liseyin coğrafiya müəllimi Könül Novruzova keçirilmiş tədbirlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, bu gün keçirilən tədbirin adından da göründüyü kimi, bu sahədə daha fəallığımızla, ana təbiəti qorumaqla sağlam mühitdə yaşamağımıza töhfə vermiş olarıq. O, daha sonra bu sahədə maarifləndirmə işinin gücləndirilməsinin ən vacib məsələlərdən biri olduğunu vurğuladı.
X sinif şagirdlərindən Aytac Dəmirçibəyli və Abbas Məmmədov Azərbaycanın iqtisadi bölgələrinin təbii sərvətləri barədə məlumat verərək, onların yaratdığı ekoloji problemlərin xəritəsini diqqətə çatdırdılar. Ceyhun Maşızadə Abşeron torpaqlarında görülən rükutitativ tədbirlərdən bəhs etdi.
Liseyin V-VII sinif şagirdləri arasında ekologiya mövzusunda keçirilmiş rəsm müsabiqəsinin yekunu haqqında liseyin Valideyn- Müəllim Assosiasiyasının vitse- prezidenti Leyli Cəfərova məlumat verdi. Qeyd etdi ki, belə müsabiqələrin təşkili şagirdlərin yaradıcılıq qabilyyətlərinin üzə çıxarılması ilə yanaşı, onların maariflənməsində də mühüm rol oynayır.
Tədbirin sonunda bu sahədə fəal şagirdlər məktəbin və valideyin müəllim asosasiyasının diplomları ilə təltif olundular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB