Musa Qasımlı: “2010-cu ildə Azərbaycanın mövqeyini müdafiə edən ölkələrin sayı artıb"- AÇIQLAMA
"Fikrimcə 2010-cu il Azərbaycan dövləti, xalqı üçün düşərli bir il oldu". Bu sözləri SİA-ya açıqlamasında tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı deyib. O bildirib ki, cari ildə ölkəmizin bütün sahələri üzrə mühüm işlər görülüb, nailiyyətlər əldə olunub. Onun sözlərinə görə, xüsusən də bu il Azərbaycan iqtisadiyyatı inkişaf edib, iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilib. Onun sözlərinə görə, bu il həmçinin yeni müəssisələr açılmaqla yeni iş yerləri yaradılıb.
"Bundan əlavə cari ildə Azərbaycanın bütün rayonlarında tikinti abadlıq işləri aparılıb. Ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənib. Azərbaycanın mövqeyini müdafiə edən ölkələrin sayı artıb. 2010-cu ildə Azərbaycan inkişaf baxımından irəli gedib",- millət vəkili deyib.
2011-ci ildən gözləntilərə də toxunan tarix elmləri doktoru gələn il cari il də əldə olunan nailiyyətlərin möhkəm təməllər üzərində inkişaf edəcəyinə ümid etdiyini dilə gətirib: "Gələn il ölkəmiz tərəqqi edəcək. Gözümüzün önündə müasirləşən, inkişaf edən Azərbaycan 2011-ci ildə daha da sürətlə inkişaf edəcək".
2011-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hər hansı bir irəliləyişin əldə olunması məsələsinə də münasibət bildiriən millət vəkili, "Ümumiyyətlə, hesab edirəm ki, münaqişənin həlli ilə bağlı hər hansı bir konkret gün və ya tarix söyləmək mümkün deyil. Amma ümid edirik ki, gələn il Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq. Biz buna çalışmalıyıq" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB