Əhməd Davudoğlu: "Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllində əldə olunacaq nəticələrdən asılıdır"

Əhməd Davudoğlu: "Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllində əldə olunacaq nəticələrdən asılıdır"

"Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllində əldə olunacaq nəticələrdən asılıdır". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu deyib. O, qeyd edib ki, münaqişənin həllində irəliləyiş əldə olunacağı təqdirdə Türkiyə və Ermənistan arasındakı münasibətlərindən danışmağa lüzum olacaq: "Biz istəyirik ki, Ermənistanla davamlı münasibətlər qurulsun. Bunun üçün regionda münaqişələrin həlli istiqamətində tərəqqiyə nail olunmalıdır. Eyni zamanda türk və erməni xalqları arasında dialoqun yaranmasıda vacib amillərdən biridir".

 

Ə.Davudoğlu eyni zamanda İranla bağlı ünvanlanan sualıda cavablandırıb. O, qeyd edib ki, rəsmi Tehrana qarşı yönələn hərbi bəyanatlar heç bir nəticə verməyəcək. Belə ki, İrana hərbi təcavüz pis nəticələnə bilər: "Məhz bu istiqamətdə yaşana biləcək fəlakətin qarşısını almaq üçün biz İranla mütəmadi olaraq danışıqlar aparırıq".

 

ABŞ Nümayəndələr Palatası uydurma "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsini müzakirəyə çıxarması məsələsinə toxunan Türkiyəli diplomat bildirib ki: "Türkiyəni bu məsələ ilə şantaj edilməsi yolverilməzdir. Konqresdə "soyqırım" məsələsini qaldıran insanların 1915-ci ildə bu bölgədə baş verən hadisələrdən anlayışı və təsəvvürü belə yoxdur. ABŞ konqresmenlərinin bu kimi hərəkətləri Türkiyə və Ermənistan münasibətlərini daha da gərginləşdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə