Azərbaycan Universitetində xalq yazıçısı Əkrəm Əylisli ilə görüş olub

Azərbaycan Universitetində xalq yazıçısı Əkrəm Əylisli ilə görüş olub

Bu gün xalq yazıçısı Əkrəm Əylisli Azərbaycan Universitetinin tələbələri ilə görüşüb. SİA-nın xəbərinə görə, universitetin akt zalında keçirilən görüşdə universitetin tələbələri, professor və müəllim heyəti iştirak edib. Universitetin Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri Ülviyyə Rəhimova tələbələrə Əkrəm Əylislinin həyat və yaradıcılığı barədə məlumat verib.

Azərbaycan filologiyası və jurnalistika kafedrasının müəllimi Asiyyat Tinayeva Əkrəm Əylisli özünəməxsus yaradıcılığı və fərdi üslubu ilə seçildiyini söyləyib.

Asiyyat Tinayeva qeyd edib ki, Ə. Əylislinin əsərlərində təbiətə münasibət maraqlıdır, yazıçı insanı təbiətin bir parçası kimi təsvir edir, təbiət kultlarını obraz səviyyəsinə qaldırır.

Tənqidçi alim Vaqif Yusifli, müasir ədəbi prosesdə Əkrəm Əylislinin yaradıcılığını xüsusi bir mərhələ hesab edərək, əsərlərinin bədii dilindən sitatlar gətirib.

Əkrəm Əylisli universitet rəhbərliyinə və tələbələrə təşəkkür edib, həyat və yaradıcılığına dair ona ünvanlanan müxtəlif sualları cavablandırıb. Tədbirdə yazıçının həyat və yaradıcılığını əks etdirən slayd da nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə