Magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar keçirilib
2010-cu il dekabrın 27-də ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminarın növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edirdilər.
Xarici dillər üzrə magistraturaya qəbul imtahanı üçün texniki tapşırığın layihəsi seminar iştirakçılarına təqdim edilmiş, layihə ilə əlaqədar onların fikir və təklifləri dinlənilib. Müzakirələr nəticəsində magistraturaya qəbul imtahanında bakalavrların xarici dillər üzrə nitq bacarıq və vərdişlərinin, məntiqi təfəkkür qabiliyyətinin yoxlanılmasına imkan verən test tapşırıqlarına daha çox üstünlük verilməsi və bu cəhətin texniki tapşırığın tərtibi zamanı nəzərə alınması məqsədəuyğun hesab edilib.
Seminar iclasında xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminarın cari ildəki fəaliyyətinə yekun vurulmuş, növbəti ildə seminarın işini daha da təkmilləşdirməyə yönəlmiş təkliflər səslənib. Seminar iştirakçıları magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlar üçün xarici dillər üzrə vəsaitin hazırlanmasını və bu məqsədlə işçi qrupunun yaradılmasını qərara alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB