Cari ilin 29 dekabr tarixində Qırğız Respublikasının Baş Nazirinin birinci müavini Omurbek Babanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olacaqdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək. Görüşlərin mövzusu ikitərəfli münasibətlərin müzakirəsidir.
Nümayəndə heyətinin tərkibində Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev də daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB