Ermənistanda keçmiş spiker siyasətdən getdi

Ermənistanda keçmiş spiker siyasətdən getdi

Ermənistanın Orinats Yerkir Partiyasının rəhbəri Artur Baqdasaryan istefaya gedib. Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. O həmçinin siyasətdən getdiyini də açıqlayıb. Baqdasaryanın yerinə partiyaya rəhbər olaraq Ovanes Ovanesyan seçilib.

Qeyd edək ki, Artur Baqdasaryan 1997-ci ildən bu partiyaya rəhbərlik edib. O, 2003-2006-cı illərdə Ermənistan parlamentinin spikeri, 2008-2014-cü illərdə illərdə isə Təhlükəsizlik Şurasının katıbı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə