Fələstinin Azərbaycandakı səfiri: “ Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminin həlli üçün səylərini artırmalıdır”

Fələstinin Azərbaycandakı səfiri: “ Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminin həlli üçün səylərini artırmalıdır”

"Bizim Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyimiz bəllidir. Biz Azərbaycanı dəstəkləyirik və bu münaqişə beynəlxalq hüquq normaları və BMT-nin qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır". SİA-nın xəbərinə görə, bunu Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman deyib. O, deyib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminin həlli üçün səylərini artırmalıdır. "Biz istəyirik ki, problem sülh yolu ilə həll olunsun, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar".

 

Səfir eyni zamanda Azərbaycanla Fələstin arasında ikitərəfli əlaqələrin inkişafının tərəfdarı olduqlarını vurğulayıb: "Azərbaycanla ticarət sahəsində əməkdaşlığın inkişaf etdirməkdə maraqlıyıq. Təəssüf ki, Fələstinin işğalına görə, bu əlaqələr məhdud xarakter daşıyır. Eyni zamanda biz Azərbaycanla tələbə mübadiləsi aparılmasının da tərəfdarıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə