Emoməli Rəhmon da Ermənistana "yox" dedi...

Emoməli Rəhmon da Ermənistana "yox" dedi...

Tacikistan KTMT-nin baş katibi vəzifəsinə Belarusun namizədi Stanislav Zası dəstəkləməyə hazırdır. Bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasla görüşü zamanı deyib. Tərəflər görüş zamanı regional və beynəlxalq məsələləri də müzakirə ediblər. Görüşdə həmçinin Tacikistan sərhədlərinin gücləndirilməsi məsələsi də müzakirə mövzusu olub.

Qeyd edək ki, bundan öncə Zas Qazaxıstanda olub və burada prezident Nursultan Nazarbayevlə görüşüb. Bu görüşdə Nazarbayev Qazaxıstanın onun KTMT rəhbəri vəzifəsinə namizədliyini dəstəkləməyə hazır olduğunu deyib. Belarus və Qazaxıstanın ardınca Tacikistanın da KTMT rəhbərliyinin Ermənistandan alınmasını dəstəkləməsi İrəvanda məyusluqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə