Səfir: “Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas gələn il Azərbaycan səfər edəcək”
Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas gələn il Azərbaycan səfər edəcək. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman bildirib. Onun sözlərinə görə, səfərin dəqiq vaxtı müəyyənləşməyib, hazırda diplomatik vasitələrlə səfərin vaxtı ilə bağlı iş aparılır.
Səfir bildirib ki, səfər çərçivəsində bütün sahələri əhatə edən ikitərəfli əlaqələr barədə müzakirələr aparılacaq. Eyni zamanda müzakirə ediləcək məsələlər arasında əsas Fələstindəki vəziyyət və Qarabağ problemi də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB