“2018-ci il Azərbaycan-Rusiya münasibətlərinin inkişafı, möhkəmlənməsi baxımından çox məhsuldar il olub. İqtisadi-siyasi əlaqələr iki ölkə rəhbərinin dostluğu, qarşılıqlı etimadı sayəsində daha da genişlənib. Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda Onu "uzaqgörən siyasi xadim", "öz ölkəsinin həqiqi lideri" adlandırması diqqətdən yayınmamalıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, prezidentlərimiz bir neçə dəfə qarşılıqlı səfərlər etmiş və ölkələrarası gələcək strateji əməkdaşlığın inkişafı istiqamətində bir çox sənədlərə imzalar atılıb: “Məhz bu sənədlərin imzalanması və gələcəkdə sənədlərdə nəzərdə tutulan işlərin həyata keçirilməsi təbii ki, Azərbaycanla Rusiya arasındakı əməkdaşlığı bir daha möhkəmlədəcəkdir. Çünki bu həm iqtisadi, həm də siyasi əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxaracaq. 2019-cu ildə ilə Rusiyanın Azərbaycan arasındakı münasibətləri daha da yüksək mərhələyə keçəcəyi gözlənilir. Çünki bunun üçün qarşımızda hər hansı bir maneə görünmür və yoxdur. İnkişaf edən bu dostluğumuz və yaxın qonşuluq münasibətlərimiz ölkələrimizi daha da birləşdirir və daha da sıx münasibətlər yaranmasına şərait yaradır. Təbii ki, Azərbaycanın ən böyük qeyri-neft məhsulları ixrac edən ölkəsi Rusiyadır. Rusiya ilə bizim ticari əməkdaşlığımız, münasibətlərimiz çox geniş şəkildədir.
Rusiyanın özü üçün də Qafqaz sərhədlərində Azərbaycan kimi güclü, möhkəm iqtisadi inkişafa, hərbi potensiala malik bir ölkə ilə yaxşı qonşuluq münasibətlərinin olması vacibdir. Bu baxımdan ölkələrimiz bir-biri ilə çox bağlı olacaq. Təbii ki, Rusiyanın Azərbaycanla münasibətlərinin yüksək səviyyəyə keçməsi bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də öz dəstəyini göstərəcək. Düşünürəm ki, bu prosesdə də Rusiya yeni bir müstəvidə yanaşma ortaya qoyacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB