"Görüş ölkəmizin beynəlxalq arenadakı imicinin bariz nümunəsidir” ÖZƏL-MÖVQE
“Bakıda Rusiya və NATO-nun yüksək rütbəli hərbi şəxslərinin növbəti görüşü baş tutdu. Növbəti çünki ilk belə görüş 2017-ci ilin fevral ayında baş tutmuşdu. Bu baxımdan NATO-Rusiya hərbi rəhbərlərinin baş tutan görüşünü həmin görüşlərin məntiqi davamı olaraq qiymətləndirilməlidir”. Bunu SİA-ya analitik Ehtiram Aşırlı deyib.
Onun sözlərinə görə, ABŞ, NATO və Rusiya generallarının görüş və müzakirə məkanı kimi məhz Bakını müəyyən etmələri ölkəmizin paytaxtına diplomatik imic rolunu qazandırır: “Heç şübhəsiz ki, Prezident İlham Əliyevin dünyanın hər iki aparıcı hərbi-siyasi güc mərkəzlərinə münasibətdə tərəfsiz, müstəqil siyasət reallaşdırması onun xarici siyasət kursunun ən əhəmiyyətli uğurlarından biridir. NATO üzvü olan ölkələr üçün, Rusiya üçün, eləcə də bütövlükdə dünya üçün mühüm hərbi və siyasi əhəmiyyət kəsb edən belə bir qlobal əhəmiyyətli görüşün məhz Bakımızda baş tutması Azərbaycanın beynəlxalq arenadakı formalaşan imicinin bariz nümunəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB