Füzuli Ələkbərov: “Yeni ildə əsasən reabilitasiya yönümlü layihələrə diqqət artırılacaq”

Füzuli Ələkbərov: “Yeni ildə əsasən reabilitasiya yönümlü layihələrə diqqət artırılacaq”

"Yeni ildən əsasən reabilitasiya yönümlü layihələrə diqqət artırılacaq. Çalışmalıyıq ki, vətəndaşlarımız Azərbaycanın dinamik inkişafından, yeni-yeni iş yerlərinin yaradılmasından yararlansın, öz güzəranını yaxşılaşdırsın". SİA-nın bölgə müxbiri xəbər veriri ki, bu barədə Gəncəyə səfəri çərçivəsində KİV nümayəndələrinə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, bu istiqamətdə digər nazirliklərin rəsmiləri ilə də müzakirələr aparılıb. Sözügedən kateqoriyadan olan şəxslərin avtomobillərlə təminatına da toxunan Füzuli Ələkbərov il ərzində 350 avtomobilin gətirildiyini qeyd edib: "Avtomobillər də ildən-ilə müasirləşdirilir. İlk vaxtlar Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə "OKA" markalı avtomobillər verilirdisə, indi daha müasir avtomobillər təqdim olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə