20 mart 2003-cü il ABŞ və İngiltərə ordularının "çoxmillətli koalisiya" adı ilə İraqa daxil olmasından təxminən 8 il ötüb. Bağdada yağan bombalarla eyni vaxtda dünyaya gələn və bəlkə də atalarını görməyən iraqlı uşaqlar bu gün məktəbə gedirlər. Təbii ki, gedə biləcək məktəbləri varsa və məktəbə gedən yolların təhlükəsizliyi təmin olunubsa. Həyatın İraq şərtləri ilə davam etməsi ağır bir imtahandır. Bir diktatorun kölgəsindən "azad edilərək" qeyri-müəyyənliklərlə dolu bir bataqlığa itələnən insanların ağlında işğalın ilk günündən belə bir sual formalaşıb: Həyat şərtləri nə vaxt dəyişəcək və onlar ölkəni işğal edən ölkələrin vətəndaşları kimi normal yaşaya biləcəklərmi?
2006-2007-ci illərdə hər ay minlərlə hesablanan insan itkisi, məlumatlara görə, indi yüzlərlə ölçülür olunur. Bu rəqəmlərin daha nə qədər azaldılacağını isə heç kim bilmir. 8 ildə "İraqı azad etmə" əməliyyatının nəticələri isə bunlardır: bir milyonu keçən ölü, üç milyona yaxın yaralı, milyonlarla dullar, yetimlər və ölkədən gedənlər. İnsanların böyük bir hissəsi də həyatda qalmaq üçün mübarizəni aclıq sərhədində davam edir.
Ölkəni mərhələli olaraq tərk edən ABŞ silahlı qüvvələrinin İraqa "normallaşma" müddətini vəd edən konkret bir layihələri yoxdur. 2010-cu ilin avqustunda hərbi əməliyyatlarda iştirak edən qüvvələrinin geri çəkən ABŞ, 2011-ci ilin sonuna yaxın ölkədə bir hissə qüvvə saxlayaraq İraqdan çıxmağı planlaşdırır. Ölkədə saxlanılacaq qüvvələrin hədəfi isə İraqın təhlükəsizlik güclərinə təlim keçməkdir. Bundan sonrakı dövrdə İraqın təhlükəsizlik qüvvələri tərəfindən ölkənin təhlükəsizliyinin uğurla təmin ediləcəyinə isə təminat yoxdur.
Orta Şərq şərtlərinə uyğunlaşmanı təmin edən ABŞ öz ordusuna qarşı vuruşan qrupları zərərsizləşdirmək üçün "razılaşa bildiyi" iraqlıları təşkilatlaşdırıb. Sünni ərəblərdən ibarət olan və ABŞ tərəfindən öyrədilən "İraqın oğulları" adlı təşkilat bu cür təşkilatlar arasında ən əhəmiyyətlisidir. Bununla belə bu cür təşkilatlar vasitəsilə ölkədə təhlükəsizliyinin qorunacağı qeyri-müəyyəndir.
ABŞ-ın planlı bir şəkildə İraqı tərk etməsi isə fərqli suallar doğurur. İraqda hədəf nə idi, nələr qazanıldı? Bir trilyon dollara başa gələn 2-ci Körfəz Müharibəsi hansı nəticələrlə başa çatdırılır? Əfqanıstanda vəziyyətin pisləşməsi ABŞ-ın İraq siyasətini də dəyişdirdimi? İraq mart ayında keçirdiyi parlament seçkilərdən sonra yalnız keçən həftə hökumət qura bilib. Şiə mənşəli Nuru Əl-Malikinin başçılıq etdiyi, kürd mənşəli Huşyar Zibarinin xarici işlər xaziri olduğu yeni hökumətin ölkədə nə qədər söz sahibi olacağı sual doğurur. 2005-ci ildə təsdiqlənən İraq Konstitusiyasına görə şiə, kürd və sünni ərəbləri olmaqla üç fərqli administrativ bölgədən ibarət ölkə hər keçən gün bölünməyə doğru gedir. Siyasi baxımdan ortaya çıxan vəziyyət isə Livandakı hökumət modelini xatırladır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB